» » ABŞ prezidenti əvvəlcə jurnalistə “axmaq” dedi, sonra üzr istədi

ABŞ prezidenti əvvəlcə jurnalistə “axmaq” dedi, sonra üzr istədi

  • 17-06-2021, 10:01
  • Dünya
  • 0
  • 226
ABŞ prezidenti əvvəlcə jurnalistə “axmaq” dedi, sonra üzr istədi


ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra keçirilən mətbuat konfransında ona sual verən jurnalisti danlayıb.

Xarici KİV xəbər verir ki, Bayden onu Putinə mülayim davranmaqda ittiham edən “CNN International”ın müxbiri Keytlen Kollinsi tənbeh edib.

Bayden jurnalistin “Putinin davranışlarını dəyişdirəcəyindən necə bu qədər əmin ola bilirsiniz” sualına belə cavab verib:

“Davranışlarını dəyişdirəcəyi məsələsində əmin deyiləm. Bu nə axmaqlıqdır. Buna nə vaxt əmin olduğumu dedim?”

Kollins Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxilə etdiyi iddiasını gündəmə gətirib. O, növbəti dəfə Baydenə “Yaxşı, bu prezident kimi necə konstruktiv görüş deməkdir?” sualını ünvanlayıb.

Bayden isə jurnalistə “Bunu başa düşmürsünüzsə, yanlış işdəsiniz” söyləyib.

Konfransdan sonra təyyarəyə minməyə hazırlaşan ABŞ prezidenti ona sual verən jurnalistə üzr borcu olduğunu deyib:

“Ona çoxbilmiş formada cavab verməli deyildim. Başa düşdüyüm qədərilə yaxşı  müxbir olmaq üçün neqativ olmaq lazımdır. Heç pozitiv şeylər soruşmursunuz” - Bayden deyib.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Qalereya