Trampdan Baydenə Rusiya siyasəti ilə bağlı sərt təpki
- 20-04-2021, 16:01
- Dünya
- 0
- 199
Donald Tramp indiki ABŞ prezidenti Co Baydenin Rusiya yönəlik siyasətini sərt tənqid edib.
"Fox News" telekanalına müsahibə verən Tramp prezident olduğu dövrdə Rusiya prezidenti Vladimir Putinlə və Şimali Koreya lideri Kim Çen Inla çox yaxşı anlaşdığını və dostyanə münasibətlərinin olduğunu dilə gətirib: "Belə güclü liderlərlə normal münasibətin olması, ABŞ üçün yaxşı idi".
Tramp Ağ Ev administrasiyasi tərəfindən Rusiyaya qarşı yürüdülən sərt siyasətin yanlış olduğunu və bunun ABŞ-ın maraqlarına cavab vermədiyini dilə gətirib: "Rusiyanı Çinlə birgə hərəkət etməkdən vaz keçməsi üçün onunla anlaşmalı və işbirliyi qurmalıyıq. İndi isə həyata keçirdiyiniz ən pis iş isə Çinlə Rusiyanı bir araya gətirməkdir. İndi bu iki ölkə bir yerdədirlər".