» » “Rusiya öz peyvəndini satmaq üçün dezinformasiya yayır”

“Rusiya öz peyvəndini satmaq üçün dezinformasiya yayır”

  • 29-12-2020, 11:05
  • Dünya
  • 0
  • 297
“Rusiya öz peyvəndini satmaq üçün dezinformasiya yayır”


Avropa İttifaqı Rusiyanın öz istehsal etdiyi peyvənd istisna digər vaksinlər barədə dezinformasiya yaydığını iddia edib.

“Qafqazinfo” xəbər verir ki, Aİ-nin xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel internetdə dezinformasiya ilə mübarizənin vacibliyi barədə açıqlama verib.

Borel Rusiyanın öz vaksinini yeganə çıxış yolu kimi təqdim etdiyini  və digərlərinə qarşı inamsızlıq yaratmağa çalışdığını bildirib: “Qərb peyvəndi istehsalçıları Rusiyanın dövlət nəzarətindəki KİV tərəfindən lağa qoyulur. Bu, bəzən insanların meymuna çevriləcəyi ilə bağlı gülünc iddialara səbəb olur. Görünür, belə ritorika Rusiyanın öz peyvəndi “Sputnik V”ni satmaq istədiyi ölkələrə yönəlib. Epidemiyada bu cür əsassız şübhələri təşviq etmək cəhdləri xalqın sağlamlığını təhdid edir”.

Dezinformasiya metodunun yeni olmadığını, lakin internet sayəsində indi daha sürətli yayıla biləcəyini söyləyən Borel “Rusiya və Çin kimi bəzi dövlətlər aktiv olaraq bu cür fəaliyyət göstərir, demokratik sistemlərimizi sarsıtmağa çalışırlar”,- deyə vurğulayıb.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video

    055 215 64 69Girl in a jacket

    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Yanvar 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Qalereya