» » Kolumbiya mətbuatında Qarabağ bəyanatı barədə danışılıb - VİDEO

Kolumbiya mətbuatında Qarabağ bəyanatı barədə danışılıb - VİDEO

  • 24-12-2020, 10:56
  • Dünya
  • 0
  • 210
Kolumbiya mətbuatında Qarabağ bəyanatı barədə danışılıb - VİDEO


Kolumbiyanın “Valaguela.com” (“Azərbaycan dünyada tolerantlıq modeli”) və “Planesymas.com” (“Azərbaycanı yaxından tanı”) xəbər portallarında səfir Məmməd Talıbovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və Ermənistanın son hərbi təcavüzü barədə videomüsahibəsi yayımlanıb.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən “Ölkə.Az”a verilən məlumata görə, münaqişənin Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi ilə başladığını bildirən səfir Dağlıq Qarabağ və yeddi ətraf rayonla birlikdə Azərbaycanın beynəlxalq qaydada tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən 30 ilə yaxın müddət ərzində işğal edildiyini və bu ərazilərdə yaşayan 1 milyona yaxın azərbaycanlı əhalini oradan qovduğu barədə məlumat verib.

Ermənistanın münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini dərhal və qeyd-şərtsiz azad etməsini tələb edən qətnamələrə məhəl qoymayaraq müxtəlif vaxtlarda təxribat xarakterli addımlar atdığını, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesini tamamilə pozduğunu, 27 sentyabrdan etibarən isə növbəti təcavüz cəhdinə əl atdığını qeyd edən səfir Ermənistan tərəfinin beynəlxalq humanitar hüququn bütün norma və prinsiplərini pozaraq dinc əhalinin məskunlaşdığı əraziləri bombardman etdiyini söyləyib. Nəticədə Azərbaycan tərəfinin özünümüdafiə hüququ çərçivəsində ərazi bütövlüyümüzü bərpa etmək üçün əks-hücum əməliyyatları aparmağa başladığını qeyd edən səfir, 44 gün davam edən müharibə nəticəsində torpaqlarımızın erməni işğalçılarından azad edildiyini həmçinin Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan üçtərəfli bəyanatla atəşkəsin elan edildiyini, razılaşmaya uyğun olaraq bölgədə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyini və razılaşmanın müddəalarının icrasına nəzarət məqsədilə Rusiya və Türkiyənin daxil olduğu birgə monitorinq mərkəzinin yaradıldığını söyləyib.

Səfir Azərbaycanın müxtəlif dini mənsubiyyətə və irqə aid olan insanların daim birgə, sülh şəraitində yaşadığı bir yer olduğunu və məhz bu səbəbdən Roma papası Fransisko tərəfindən bütün dünya üçün tolerantlq modeli adlandırıldığını söyləyib və bu xüsusda, digər xalqlar kimi Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin də azərbaycanlılarla birgə dinc yaşaya biləcəyini və beləcə, Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin bərpa olunmasına şərait yaranacağını bildirib.


  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya