Paşinyan BU TARİXDƏ BAKIYA GƏLMƏLİ İMİŞ VƏ... - Ermənistandan SENSASİON ETİRAFLAR
- 17-12-2020, 13:44
- Dünya
- 0
- 200
Ermənistanın bütün rəhbərləri Azərbaycanın ərazi bütövlüyünü de-yure tanıyıblar. Bunu hətta 10 noyabrda Nikol Paşinyan da etiraf edib.
Axar.az xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Georgi Vanyan rusiyalı bloger Aleksey Romanova müsahibəsində deyib. Onun sözlərinə görə, 30 il ərzində Ermənistan hakimiyyətləri vətəndaşı aldadıblar.
O, Paşinyanın inqilab nəticəsində hakimiyyətə gəlmədiyini bildirib:
“İnsanlar inanırdılar ki, bu inqilabdır. Lakin Ermənistan və Azərbaycan üçün bir nömrəli məsələ Qarabağ konfliktidir. Məhz bu məsələnin xətti üzrə Paşinyan Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyanın xələfi oldu. Kazarmada inqilab ola bilməz. Düşünürsünüz ki, Ermənistana sahib olan Serj Sərkisyan, Robert Köçəryan hakimiyyəti belə sakit, ziyalı kimi veriblər? Onlar hamını güllələyə bilərdilər, qan axıdardılar, İrəvanı qan gölünə çevirərdilər”.
Vanyan Paşinyanı “günah keçisi”nə çevirməyin tərəfdarı olmadığını, hər şeydə bütün Ermənistan elitasının günahkar olduğunu deyib:
“30 il ərzində onlar Ermənistan vətəndaşlarının maraqlarını satıblar. 5-7% öz şərtlərini digərlərinə diktə edir, ona görə ki, Ermənistan vətəndaşlarından oğurladıqları bütün kapital onlara məxsusdur. 30 il ərzində bütün dünyaya elan edirdik ki, biz qalibik, əslində isə biz Ermənistanın özünü uduzmuşduq”.
Hüquq müdafiəçisi ermənilərin tərk etdikləri evləri, meşələri öz iradələri əsasında yandırmaqlarına inanmadığını deyib:
“Düşünürəm ki, bu, idarəolunan prosesdir. Əgər Ermənistan prezidentinin müraciətlərindən birinə baxsaq, buna dəlil tapmaq olar. Bu, konfliktin davam etməsi üçün döyüşü bundan sonra da aparacaqlara dair verilən mesaj idi. Kim savaşmalıdır? Prezidentin Londonda oturan oğulları?”
O, müharibəni dayandırmaq üçün Paşinyanın sentyabrın 27-də Bakıya uçub, İlham Əliyevlə birbaşa danışıqlar aparmalı olduğunu bildirib:
“İndiki hakimiyyət buna qadir deyil. Onlar siyasi bankrotdurlar. Ona görə də biz Ermənistanı itirdik. Biz Ermənistanın suverenliyini itirdik. Məsələlər Ermənistanda həll edilmir”.