ABŞ Türkiyəyə qarşı sərt sanksiyalar tətbiq etdi
- 15-12-2020, 09:54
- Dünya
- 0
- 223
ABŞ hökumətinin Türkiyəyə sanksiyalar paketi təsdiqlənib.
"Ölkə.Az" xəbər verir ki, ABŞ XİN rəhbəri Mike Pompeo rəsmi Ankaranı S-400 məsələsi ilə bağlı problemi həll etməyə dəvət edib.
Bu sanksiyalar ilə:
➡Türkiyə ABŞ-dan mal və texnoloji ixracat lisenziyası ala bilməyəcək;
➡ABŞ Maliyyə qurumları Türkiyəyə kredit verməyəcək;
➡Beynəlxalq Maliyyə qurumları Türkiyəyə kredit verməyəcək;
➡Türkiyə Maliyyə qurumları ABŞ Mərkəzi Bankı ilə birbaşa təmasa keçə bilməyəcək;
➡Sanksiyaların tətbiq ediləcəyi qurumlara və ya şəxslərə layihə və ya müqavilələrdə iştirak icazəsi verilməyəcək;
➡Xarici valyutada əməliyyatları qadağan ediləcək;
➡Maliyyə qurumları və banklar arasında ödəniş və kredit transferlərinə qadağa qoyulacaq;
➡Sanksiyalar tətbiq ediləcək şəxslər və ya qurumlar ABŞ ərazisində daşınmaz əmlaka sahib ola bilməyəcək;
➡Sanskiyalar tətbiq ediləcək şəxslər və ya qurumlar investisiya və ya borc verə bilməyəcək;
➡Sanksiyalar tətbiq ediləcək şəxslər ABŞ ərazisinə daxil ola bilməyəcək;
Qeyd edək ki, sanksiyaları tətbiq edəcək qurumun rəhbəri bu maddələrdən ən azı 5-ni seçib tətbiq edə biləcək.
Həmçinin ABŞ Maliyyə Nazirliyi Türkiyənin dörd rəsmi şəxsinə qarşı sanksiya tətbiq edib.
“Qara siyahı”ya Türkiyə Müdafiə Sənayesi Katibliyi və onun rəhbəri İsmayıl Dəmirin adı daxil edilib.