» » Ohanyandan Şuşa döyüşü ilə bağlı etiraf: “10 saat mühasirədə qaldıq”

Ohanyandan Şuşa döyüşü ilə bağlı etiraf: “10 saat mühasirədə qaldıq”

  • 12-12-2020, 10:29
  • Dünya
  • 0
  • 266
Ohanyandan Şuşa döyüşü ilə bağlı etiraf: “10 saat mühasirədə qaldıq”


Ermənistanın keçmiş müdafiə naziri və Xocalı cəlladı, general-polkovnik Seyran Ohanyan ("Axsaq Seyran”) Şuşada canını Azərbaycan xüsusi təyinatlılarından son anda qurtara bilib.
Ohanyan özü bu haqda "ArmNews" saytına müsahibəsində danışıb.

Bundan əvvəl Ermənistan mətbuatında şaiyələr yayılıb ki, Şuşanın müdafiəsinə rəhbərliyi üzərinə götürsə də Seyran Ohanyan döyüşdən qaçıb.

Lakin o deyir ki, Şuşanın müdafiəsi əməliyyatına rəhbərlik etmirdi. Oraya öz təşəbbüsü ilə getmişdi və "dqr müdafiə ordusunun komandanlığı ilə əlaqəsi yox idi”.

"Mən Şuşada özünümüdafiə dəstəsi formalaşdırmağa kömək etdim, biz 16 nəfər idik. Mən onların hamısından yaşlı idim. Noyabrın 5-də biz üç tərəfdən mühasirəyə alınmışdıq. 10 saat mühasirədə qaldıq. İki keçmiş köməkçim Sergey Ayrapetov və Vage Sirunyan qəhrəmanlıq göstərdilər (bu "qəhrəmanlığın” nədən ibarət olduğu açıqlanmır-red.), həlak oldular. Onların taktikası sayəsində biz mühasirədən çıxa bildik”, - Ohanyan deyib.

Keçmiş nazir Şuşadan qaçdığı haqda şaiyələrə ironik münasibət bildirib. Deyib ki, onun fiziki vəziyyəti (ayağının birini Birinci Qarabağ müharibəsində itirdiyi üçün protezlə gəzir,-red.) və yaşı bunu etməyə imkan vermədi.

"Əsgərlər bir neçə dəfə məni şəhərdən çıxarmağı təklif elədilər. Lakin mən qalmağa qərar verdim. Sonra düşmən mənim olduğum komanda məntəqəsini aşkarladı. Qərara alındı ki, oranı tərk edək və noyabrın 6-da səhər saatlarında biz Şuşadan çıxdıq”,- Ohanyan belə deyib.

Ohanyan habelə Şuşanın guya "satıldığı” barədə hazırda Ermənistanda geniş müzakirə olunan iddiaları rədd edib. Deyib ki, şəhər satqınlıq nəticəsində deyil, Azərbaycan ordusunun üstünlüyü sayəsində əldən verilib. Ohanyanın bildirdiyi kimi, Azərbaycan ordusu həm sayca, həm texniki imkanlar baxımından xeyli üstün idi, PUA-lar isə havada dominantlıq edirdi. "Azərbaycanlılar ətraf meşəliklərdən istifadə edərək şəhərin yanından keçmişdilər, döyüşlər bundan sonra da davam edirdi, qarşı tərəfin üstünlüyü həlledici oldu”,- o deyib.

Xatırladaq ki, noyabrın əvvəllərində Ohanyan Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutyunyanın qərargahında görünmüşdü. Həmin toplantıda "Şuşanın müdafiəsi əməliyyatının” müzakirə olunduğu açıqlanmışdı. Lakin çox keçmədi ki, Azərbaycan xüsusi təyinatlıları Daşaltı qayalıqlarından qalxaraq qala-şəhərə, düşmənin arasına girdi və cəmi iki günə onu pərən-pərən saldı. Bu zaman Ohanyanın olduğu komanda məntəqəsinə də artilleriya zərbəsi endirilmişdi və onun öldüyü barədə xəbərlər yayılmışdı. Daha sonra Ohanyan bildirdi ki, "köməkçisi yaralanıb”, amma özü sağdır.

Seyran Ohanyan bədnam 366-cı alayın zabiti kimi Xocalı qətliamında şəxsən iştirak edib, o cümlədən 1992-ci ilin mayında Şuşanın işğalına rəhbərlik edənlərdən biri idi (virtualaz.org).
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya