» » Ermənistan yoxsul Afrika ölkələri ilə qonşu mövqedədir - ŞƏRH

Ermənistan yoxsul Afrika ölkələri ilə qonşu mövqedədir - ŞƏRH

  • 17-11-2020, 10:15
  • Dünya
  • 0
  • 205
Ermənistan yoxsul Afrika ölkələri ilə qonşu mövqedədir - ŞƏRH


Kölgə iqtisadiyyatının hökm sürdüyü Ermənistanda sosial siyasət və inkluziv iqtisadiyyatın inkişafından danışmaq olmaz. Beynəlxalq Valyuta Fondunun tədqiqatlarında da bu şərtlər altında inkişafın mümkün olmadığı qeyd edilib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə məlumat verib. 

Onun sözlərinə görə, sosial gərginlik yaşayan Ermənistanda kölgə iqtisadiyyatının miqyası Dünya Bankının “Dünya ölkələrində kölgə iqtisadiyyatı” ilə əlaqədar hesabatında da aydın görünür. Ermənistana gələn pul axını mənbəyi üç istiqamətlidir ki, buraya pul köçürmələri, xarici investisiya və müxtəlif fondların pul yardımları daxildir. Dünya Bankının regional ölkələri ilə bağlı hesabatına əsasən, Ermənistan miqrant əməyi hesabına MDB-də ən çox pul köçürmələri alan ölkələrdən biridir. Pul köçürmələrinin miqrantlar vasitəsilə edildiyini nəzərə alsaq, bu Ermənistanda işsizlik və yoxsulluğun yüksək həddə olmasına işarədir.

Yoxsulluq və işsizlik arasındakı səviyyə fərqinə nəzər yetirərkən məlum olur ki, nəzəri olaraq işsizlər arasında yoxsulluq payının yüksək olması ilə bərabər, məşğul əhali arasında da yoxsulluq payı yüksəkdir. Hesablamalara görə Ermənistanda gündəlik olaraq əhalinin 100 min nəfərinin qazancı 1,9 ABŞ dolları, 280 min nəfərinin qazancı 3,2 ABŞ dolları, 1 milyon 500 min nəfərinin qazancı isə 5,4 ABŞ dolları səviyyəsində qiymətləndirilir. 

Departament rəhbəri əlavə edib ki, çoxda uzaq olmayan tarixdə qeyd edilən statistikaya görə 42 faiz əhalisi 5,5 ABŞ dollarına yaxın günlük qazanca sahib olan Ermənistanın COVID-19 pandemiyası dövründə daha acınacaqlı durumda olduğunu təxmin etmək çətin deyil.

Qapalı iqtisadiyyatın ÜDM-də payına görə Afrika qitəsinin bəzi ölkələri ilə eyni sırada olan Ermənistan “İnkluziv İnkişaf İndeksi - 2018” hesabatına görə inkişaf etməkdə olan 78 ölkə arasında 45-ci mövqedə qərarlaşıb. Qeyd edilən indeksə müvafiq olaraq Ermənistan Afrikanın yoxsul statuslu ölkələri ilə qonşuluq mövqeyindədir.

N. Hacızadə qeyd edib ki, Ermənistanın inkluziv şəkildə inkişafını bütün parametrlər üzrə mənfi qiymətləndirmək mümkündür. Digər millətlər və inanclar üçün münbit bir şəraitin yaradılmaması, ölkənin təbii sərvətlərindən əldə edilən gəlirlərin əhali arasında düzgün bölüşdürülməməsi, işsizlik və yoxsulluğun son illərdir eyni tempdə qalması inkluziv inkişafa maneə yaradan əsas məqamlardır.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Sentyabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Qalereya