» » “Tesla”nın zavodunun tikildiyi sahədə 500 minə yaxın ağac kəsilib

“Tesla”nın zavodunun tikildiyi sahədə 500 minə yaxın ağac kəsilib

  • 23-08-2024, 09:00
  • Dünya
  • 0
  • 26
“Tesla”nın zavodunun tikildiyi sahədə 500 minə yaxın ağac kəsilib


Berlinin yaxınlığında, Qrünhayda (Brandenburq federal torpağı) ABŞ-ın elektrik avtomobilləri istehsalçısı “Tesla” zavodunun tikintisi zamanı təxminən 500 min ağac kəsilib.

AZƏRTAC xəbər verir ki, Almaniyada zavodun tikintisi çoxlu mübahisələrə və ciddi etirazlara, eləcə də yaşıl iqtisadiyyatın inkişafı ilə bağlı güzəştlərin müzakirəsinə səbəb olub. Bu barədə Britaniyanın “The Guardian” qəzeti yazır.

“Tesla”nın sahibi İlon Mask yerli polisi “solçu etirazçıları” buraxdığına görə tənqid edib.

“Kayrros” ekoloji kəşfiyyat şirkətinin məlumatına görə, peyk görüntüləri 2020-ci ilin martından 2023-cü ilin mayına qədər bu sahədə 329 hektar meşə sahəsinin kəsildiyini göstərir. Bu, təxminən 500 min ağaca bərabərdir.

May ayından bəri iqlim hərəkatının fəalları yaxınlıqdakı düşərgədə ağac evləri zəbt edərək və əraziyə hücum etməyə cəhd edərək zavodun planlaşdırılan genişləndirilməsinə etiraz edirlər. Mart ayında bir qrup elektrik dirəyini yandırıb, zavodda istehsal prosesini bir neçə gün dayandırıb.

“Turn Off Tesla-s Tap” şirkəti alyansının nümayəndəsi Karolina Drjevonun sözlərinə görə, təhlillər göstərib ki, şirkətin elektromobil istehsalı təbiətin yerli məhvinə, eləcə də metal hasilatına görə qlobal ziyana səbəb olub. "Almaniyanın ən quraq bölgələrindən birində artıq ətraf mühitin çox hissəsi məhv edilib", - deyə o bildirib. “Meşələrin genişlənməsinin və beləliklə, daha da məhv edilməsinin və qorunan içməli su zonasına təhdidin qarşısını almaq lazımdır”.

“Kayrros”un baş analitiki Antuan Half bildirib ki, itirilmiş ağaclar təxminən 13 min ton CO2-yə bərabərdir.

İyul ayında Brandenburq Ətraf Mühit Nazirliyi “Tesla” zavodunun istehsalı iki dəfə artıraraq ildə 1 milyon avtomobilə çatdırmaq planını təsdiqləyib.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Sentyabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Qalereya