» » İrəvanın SAXTA SÜLH SEVDASI... - HƏR ŞEY ORTADADIR...

İrəvanın SAXTA SÜLH SEVDASI... - HƏR ŞEY ORTADADIR...

  • 15-08-2024, 14:22
  • Dünya
  • 0
  • 45


El arasında bir məsəl var, etibarsız adamlara “ipiqırıq” və yaxud “onun ipinin üzərinə odun yığmaq olmaz” deyilir. Bizim mənfur düşmənlərimiz də ipiqırıqdır. Yəni etibar ediləcək növdən deyillər. Yəni onların sözünə güvən yoxdur. İmzaladıqların müqavilənin belə arxasında dura bilməyən qəbildəndirlər. Bizim ölkə başçımız isə “sözümüz imzamızdır” deyir və sözünün arxasında durmağı bacarır. Keçən müddət ərzində görürük ki, Ermənistan sülhdən danışa-danışa ordusunu gücləndirir və müxtəlif ölkələrdən silah alır.
Ermənistan bu silahları Azərbaycanla yeni bir müharibə üçün almırsa, niyə alır?
“Ağ Partiya” sədr müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan silahlanır və paralel olaraq, sülhdən danışır. Eyni zamanda Azərbaycan tələbləri qarşısında demək olar ki, güzəştə getmir.

“3-4 kəndin boşaldılması ciddi güzəşt sayıla bilməz. Ümumiyyətlə, güzəşt sayıla bilməz, çünki ora Azərbaycan əraziləridir. Hələ 4 kənd qalıb”-deyən politoloqun fikrincə, bu il yenə sərhəd boyunca gərginlik olacaq.

Politoloq hesab edir ki, COP29 tədbirindən öncə və ya sonra belə bir gərginliyin olacağı gözlənilir.

“Bu haqda prezident İlham Əliyev də deyib; “Biz hələlik baxırıq, müşahidə edirik. Onlar silahlar alır, amma hələlik ciddi silahlar görmürük. Görsək ki, ciddi silahlar almağa başlayırlar, o zaman bizim də cavabımız gecikməyəcək”… Məncə, bu da çox ciddi bir çıxış idi. Mənim fikrimcə, toxunulan məsələ çox ciddi bir nüans idi. Azərbaycanın dövlət başçısı tərəfindən yeni bir mesaj idi. Heç bir irəliləyiş olmadığı üçün vəziyyət gərginliyə doğru gedir. Ümumiyyətlə, ermənilər danışıqlarda heç bir zaman güzəşt etməyiblər. Son 10 ildə Azərbaycan-Ermənistan münasibətlərində görmək olur ki, biz onlara sülh üçün təkliflər edirik, onlar bu tarixi fürsəti sadəcə rədd edirlər. Bir gərginlik yaranır, ondan sonra onlar geri çəkilir və hansısa təklifimizi qəbul edirlər.

Məsələn; götürək 2016-cı il aprel döyüşləri. Biz təklif edirik, onlar rədd edirlər və gərginlik. Sonra Tovuz hadisələri, yenə onlar geri çəkirlər. 44 günlük müharibə, 3 tərəfli müqavilə, yenidən onlar əməl etmirlər. Qarabağı Azərbaycan ərazisi kimi tanımırlar, gərginlik... 2021-ci il sərhəddə bəzi yüksəkliklər bizim tərəfimizdən götürülür. Ondan sonra artıq Paşinyan “Qarabağ Azərbaycandır” deyir və geri çəkilir. Amma yenə də sözlərinə tam əməl etmirlər. 2023-cü il 1 günlük lokal antiterror əməliyyatından sonra Qarabağı tam olaraq nəzarətə götürürük. Ondan sonra Qarabağı tam Azərbaycan ərazisi kimi tanıyırlar. 1991-ci ildə SSRİ-nin sərhədləri çərçivəsində olan ərazilərini tanıyırlar. Amma yenə onlar Zəngəzur dəhlizi ilə bağlı məsələlərə əməl etmirlər. Mənim fikrimcə, yenə eyni ssenari davam edir”-deyən politoloq hesab edir ki, hərbi gərginlik olmalıdır və düşmən bizi buna vadar edir.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya