» » Film kimi cinayət: Arvadını küçənin ortasında vəhşicəsinə öldürdü - VİDEO

Film kimi cinayət: Arvadını küçənin ortasında vəhşicəsinə öldürdü - VİDEO

Film kimi cinayət: Arvadını küçənin ortasında vəhşicəsinə öldürdü - VİDEO


İstanbulun Arnavutköy səmtində küçənin ortasında  35 yaşlı Serpil Gül 40 yaşlı əri Harun Gül tərəfindən vəhşicəsinə qətlə yetirilib.

Film kimi o dəhşətli cinayət hadisəsinin baş verməsi kənardakılar tərəfindən anbaan lentə alınıb. 

Hadisə İstanbulu Arnavutköy ərazisində Taşoluk Məhəlləsi Eşlem küçəsində  günorta saatlarında baş verib.  Videodanda göründüyü kimi tərəflər  arasındakı söhbət qızğın mübahisəyə və davaya dönür. Qadın kişinin əlindən qurtulub qaçarkən onu arxadan tapança ilə başından vurur. Haruh Gül daha sonra yerə yıxılıb can verən Serpilin başına iki dəfə atəş açır. Açılan atəş nəticəsində qadın yerindəcə həyatını itirir.
Sonradan hadisə yerinə polis və tibb işçiləri, həmçinin qətlə yetirilən Serpilin də yaxınlaır gəlir. Bu zaman baş verən dava da atəş səsləri də eşidilir. Serpilin yaxınları Haruna güllə atmaq istəyir. Lakin polis buna imkan vermir və hadisəni törədən Harun Gülü saxlayaraq bölməyə aparıb.

Serpil Gülün  böyük qardaşı Cihan Yılmaz bildirib ki,  hadisə planlaşdırılmış şəkildə həyata keçirilib. Onun sözlərinə görə, iki ildən artıqdır onlar ayrı yaşayır, boşanma ərəfəsində idilər.  Harun  Serpili  övladları sünnət ediləcək  deyərək onu aldadaraq çağırıb və orada da qətlə yetirib. 

O eyni zamanda əlavə edib ki, günün günorta çağı küçənin ortasında qadını  vəhşicəsinə qətlə yetirən Harun Gül  4-5 il həbs cəzası ilə məsələni bitirməyə çalışır, ona görə də  başqalarına dərs olsun deyə, ona ağır cəza verilməlidir: “Dövlətimdən bu hadisənin həllini xahiş edirəm ki, başqa Serpillar gənc yaşda ölməsin”.

<embed width="640" height="360" src="https://player.olke.az?v=34088&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Sentyabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Qalereya