İsrail HƏMAS-la danışıqlara razılaşdı
- 9-08-2024, 11:37
- Dünya
- 0
- 50
Qətər, Misir və ABŞ İsrail və HƏMAS qrupunu Qəzza zolağında atəşkəs və israilli girovların azad edilməsi ilə bağlı danışıqları bərpa etməyə çağırıb.
İsrailə edilən çağırışda deyilir:
“Biz tərəfləri avqustun 15-də Doha və ya Qahirədə təcili və vaxt itirmədən əldə edilmiş razılıqları icra etmək üçün danışıqları bərpa etməyə çağırdıq”.
Vasitəçilər tərəfləri mayın sonunda Co Baydenin təklif etdiyi üç fazalı plan əsasında razılığa gəlməyə çağırır. Plan hərbi əməliyyatların dayandırılmasını, girovların azad edilməsini və İsrail qüvvələrinin Qəzzadan çıxarılmasını, həmçinin anklavın müharibədən sonra yenidən qurulmasını nəzərdə tutur.
İsrail tərəfi də bu çağırışa müsbət cavab verib.
“ABŞ və vasitəçilərin təklifinə uyğun olaraq, İsrail avqustun 15-də təfərrüatları yekunlaşdırmaq və çərçivə sazişini həyata keçirmək üçün müəyyən edilmiş yerə danışıqlarçılardan ibarət nümayəndə heyəti göndərəcək”, - İsrail baş nazirinin ofisinin X (Twitter)sosial şəbəkəsində deyilir.