» » Blinken İsrail və İrana xəbərdarlıq edib

Blinken İsrail və İrana xəbərdarlıq edib

  • 7-08-2024, 14:06
  • Dünya
  • 0
  • 121
Blinken İsrail və İrana xəbərdarlıq edib


ABŞ müttəfiqləri ilə birlikdə İsrail və İrana birbaşa mesaj göndərib ki, heç kim bölgədə gərginliyi daha da artırmasın.

Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Biz Yaxın Şərqdə gərginliyi azaltmaq və münaqişənin böyüməsinin qarşısını almaq üçün intensiv  fəaliyyət göstəririk. Biz son bir neçə gün ərzində bölgədəki və ondan kənardakı tərəfdaşlarla daimi təmasda olmuşuq", - o qeyd edib.

Onun  fikrincə, hücumlar  bölgədə heç kəsin proqnozlaşdıra bilməyəcəyi və ya tam nəzarət edə bilməyəcəyi təhlükəli nəticələrlə müşaiyət oluna bilər.

"Biz bu mesajı birbaşa İrana çatdıraraq, müttəfiqlər və tərəfdaşlarla intensiv diplomatik əlaqələr saxlayırıq. Biz bu mesajı birbaşa İsrailə çatdırırıq”, - Blinken bildirib.

Blinken eyni zamanda əlavə edib ki,  ABŞ-ın İsrailin təhlükəsizliyini təmin etmək mövqeyində qalmaqdadır: "Biz İsraili terrorçuların və onların havadarlarının hücumlarından müdafiə etməyə davam edəcəyik".
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video

    055 215 64 69Girl in a jacket

    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    İyun 2026    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya