» » Türkiyəni tələb etdilər - Bu ölkə Türk ordusunu öz ərazisində görmək istəyir

Türkiyəni tələb etdilər - Bu ölkə Türk ordusunu öz ərazisində görmək istəyir

  • 17-07-2024, 12:35
  • Dünya
  • 0
  • 35
Türkiyəni tələb etdilər - Bu ölkə Türk ordusunu öz ərazisində görmək istəyir


Qızıl, uran, neft mədənləri  ilə zəngin və bir əsrdən çox istismar edilən Niger Fransanın əsarətindən qurtularaq, ABŞ ordusunu öz ərazisindən çıxarmaq barədə qərar verdikdən sonra öz resurslarını idarə etmək istiqamətində aktiv fəaliyyətə başlayıb.

 Qərbdən uzaqlaşan Niger siyasi, hərbi və iqtisadi müstəqilliyini gücləndirmək üçün ilk addımı atmağa başlayıb. Bu məqsədlə də Niger Türkiyə ilə sıx təmas qurmaq niyyətindədir.

Türkiyə ilə Niger arasında ikitərəfli əlaqələrin bütün sahələrində əlaqələrin qurulmasında yüksək səviyyədə razılıq əldə edilib. Bu məqsədlə bu gün Nigerin baş naziri Zeynənin  dəvəti ilə Türkiyə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bu ölkəyə səfər edəcək.

Nümayəndə heyətinə MİT sədri İbrahim Kalın, müdafiə sənayesi prezidenti Haluk Görgün və ticarət nazirinin müavini Özgür Volkan Ağar da daxildir.

Görüşlər zamanı ikitərəfli siyasi və iqtisadi əlaqələrin və əməkdaşlığın gücləndirilməsi və şaxələndirilməsi üçün atılacaq addımlar, Sahel bölgəsindəki mövcud hadisələr müzakirə olunacaq. Türkiyə uzun müddətdir ki,  Nigerin ​​həm özəl sektorda, həm də dövlət sektorunda yaxından iştirak edir. 

Bildirilir ki, Nigerdə keçiriləcək görüşlərdə  ölkənin təhlükəsizlik və müdafiəsində Türkiyənin dəstəyi müzakirə olunacaq. Hətta cari ilin sentyabrın 15-dək ABŞ ordusu Nigeri tamamilə  tərk etdikdən sonra onların yerini Türk ordusunun tutması ətrafında da fikir mübadiləsi aparılacaq.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Sentyabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Qalereya