» » Paşinyan hökumətinin bu qərarı Ermənistanı qarışdırdı

Paşinyan hökumətinin bu qərarı Ermənistanı qarışdırdı

  • 13-07-2024, 09:38
  • Dünya
  • 0
  • 60
Paşinyan hökumətinin bu qərarı Ermənistanı qarışdırdı


Ermənistanda Nikol Paşinyan hökuməti kurikulumdakı tarix dərsliklərində “Erməni tarixi” əvəzinə müasir Ermənistan dövlətini işıqlandıran “Ermənistan tarixi”nin tədris edilməsinə qərar verib.

Emənistan hökumətinin təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyanın  bununla bağlı təqdim etdiyi qanun layihəsi Paşinyan hökuməti tərəfindən qəbul edilib.

Qanun layihəsində tarix fənninin tədrisində “Erməni tarixi” əvəzinə “Ermənistan tarixi”nin  daxil edilməsi əksini tapıb.

Nazir Andreasyan “Erməni tarixi” ifadəsinin onlar üçün problem olduğunu bildirib və deyib:
“Klassik erməni dilindən tərcümədə “Hayk” sözü “Hayastan” (Ermənistan), “Hayer” (ermənilər) mənasındadır, lakin hüquqi dövlət tarixinin təqdimatı və tədrisi prosesində o, “Hayastan” ideyasını tam çatdırmır. Bu səbəbdən də, tarix dərslərin tədrisinin “Ermənistan tarixi” adı altında olmasını təklif edirik. Tövsiyə edirik ki, tarix tədrisi ilk növbədə tarixi hadisələrin müasir Ermənistan Respublikasının mövqeyindən təhlilinə və təqdim olunmasına yönəlməlidir”.

Dəyişkiliyi zəruri edən əsas məsələ qonşu ölkələrə olan iddiaların aradan qaldırılmasına, saxta tarixə son verilməsi dir. Bu da müxalifət tərəfindən kəskin etirazla qarşılanıb və gərginliyə səbəb olub.
Adıçəkilən sənəd  Ermənistan hökumətinin 11 iyulda keçirilən  iclasında qəbul edilib.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya