» » Bu silahlar Rusiya ordusuna CİDDİ TƏHDİDDİR - ATACMS hansı texniki imkanlara sahibdir?

Bu silahlar Rusiya ordusuna CİDDİ TƏHDİDDİR - ATACMS hansı texniki imkanlara sahibdir?

  • 25-06-2024, 11:00
  • Dünya
  • 0
  • 63
Bu silahlar Rusiya ordusuna CİDDİ TƏHDİDDİR - ATACMS hansı texniki imkanlara sahibdir?


Rusiya-Ukrayna müharibəsində son vaxtlar ATACMS taktiki ballistik raketlərdən istifadə intensivliyi artıb.

Sfera.az xəbər verir ki, 2024-cü ilin iyunun 23-də Ukrayna silahlı qüvvələrinin Krımdakı hədəflərə hücumu zamanı da bu növ raketlərdən istifadə edilib. Rusiya tərəfi hücum zamanı 5 nəfərin öldüyünü,152 nəfərin yaralandığını açıqlayıb.

Bu məlumata görə, Krıma 5 ədəd ATACMS raketi atılıb, onlardan dördü tam zərərsizləşdirilib, birini isə tam zərərsizləşdirmək mümkün olmayıb. Tam zərərləşdirilməyən raketin hissələri Sevastopol şəhərindəki çimərlik ərazisinə düşüb və burada çoxlu sayda insan xəsarət alıb.

Ukraynanın açıqlamasına görə, hücumda hədəf Krım yarımadasında yerləşən kosmik rabitə mərkəzi olub. Rəsmi Kiyev bildirir ki, hücum uğurlu alınıb və mərkəzə ciddi zərər vurulub.

Rusiya bu hücuma görə ABŞ-ni günahlandırıb. Rusiya tərəfi hesab edir ki, bu silahları Ukraynaya ABŞ verir, eləcə də həmin silahlardan istifadə edilməsində amerikalı mütəxəsislər iştirak edir. Rəsmi Moskva bildirib ki, son hadisə ABŞ-nin Rusiyaya qarşı hibrid müharibə aparmasının və faktiki olaraq münaqişə tərəfinə çevrilməsinin göstəricisidir.

Bəs Rusiya üçün ciddi problemlər yaratmağa başlayan ATACMS raketləri hansı imkanlara sahibdir?

ATACMS balistik raketləri ABŞ-nin “Lockheed Martin” şirkəti tərəfindən istehsal olunur. Bu raketlərdə bərk yanacaqdan istifadə edilir və 50 km-dən 300 km-ə qədər məsafədəki yerüstü hədəfləri vurmaq mümkündür. Hazırda raket sistemləri dörd növ ATACMS raketlərindən istifadə edə bilir. Bunlardan yalnız birində tək başlıq mövcud olur və yüksək dağıdıcılıq qabiliyyətinə sahibdir. Digər üç raketdə isə yüksək partlayıcı qabiliyyətə malik kaset tipli döyüş başlıqları və ya digər sursatlarla təchiz edilir.

Məsələn, MGM-140A raketinin çəkisi 560 kq olan döyüş başlığı var və 950 döyüş elementi daşıyır, MGM-164A isə ümumi çəkisi 268 kq olan cəmi 13 məhsulla təchiz edilib.

Ukraynaya ATACMS-lar 2023-cü ilin oktyabrında, yəni Rusiyanın hücumundan bir il səkkiz ay sonra çatdırılıb. Ukrayna ordusu cəmi 8 aydır ki, bu silahlardan istifadə edir. Ballistik raketlərin istifadəsi Rusiya ordusuna ciddi təhdid yaradıb. Raketlərin 300 km-ə qədər uçması daha dərində yerləşən hədəflərin vurulmasına imkan verir. Məhz bu raketlərin köməkliyi ilə Krımdakı Rusiyanın hava qüvvələrinin bazaları bir neçə dəfə hədəfə alınıb.

2024-cü il aprelin 17-də Rusiyanın nəzarəti altında olan Krımdakı hərbi hava qüvvələrinin bazasında altı partlayış baş verib. ATACMS raketlərində proqram təminatı ilə birlikdə çoxsaylı naviqasiya vasitələrindən istifadə edilir. Buna görə də adıçəkilən raketlərlə Rusiyanın uzaqda yerləşən hədəflərini daha dəqiq vurmaq olur. Raketlərin səmərəliliyini nəzərə alaraq ABŞ yeni yardım paketinə uyğun olaraq Ukraynaya daha bir neçə ATACMS raket komplekslərini verəcək. Ukraynada belə raket komplekslərinin sayının artması Rusiyanın müdafiə qabiliyyətini zəiflədəcək.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya