Rusiyanın 7 bölgəsinə hücum: zavodlar partladıldı
- 12-03-2024, 12:30
- Dünya
- 0
- 75
Ukrayna Rusiyanın 7 bölgəsinə hücum edib. İki vilayətdə neft emalı zavodu partladılıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, martın 12-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA-lar Rusiyanın 7 regionuna - Belqorod, Voronej, Kursk, Moskva, Nijni Novqorod, Tula və Oryol vilayətlərinə eyni vaxtda hücum edib. PUA-lardan 25-i məhv edilib.
Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitin öz teleqram kanalında yaydığı məlumatda isə bildirib ki, PUA-larla Nijni Novqorod yaxınlığında Kstovo sənaye zonasına hücum edilib və nəticədə neft emalı zavodunda yanğın baş verib.
Neft emalı zavodu isə “Lukoyl”a məxsus olub.
Ukrayna ordusunun PUA-ları bundan başqa Oryol vilayətində daha bir neft bazasına hücum edib və nəticədən orada da yanğın baş verib.
Oryol meri Yuri Paraxin bildirib ki, yanacaq-energetika kompleksi obyektinə hücumdan sonra yaxınlıqdakı iki çoxmərtəbəli binadan 17 nəfər qonşu təxliyə edilib.
Baş verən yanğınları lokallaşdırmaq üçün xeyli sayda texnika və canlı qüvvə səfərbər edilib.