» » Trampın açıqlaması NATO və Avropada ajiotaj yaratdı: "Putinin maraqlarına xidmət edir"

Trampın açıqlaması NATO və Avropada ajiotaj yaratdı: "Putinin maraqlarına xidmət edir"

  • 12-02-2024, 13:28
  • Dünya
  • 0
  • 94
Trampın açıqlaması NATO və Avropada ajiotaj yaratdı: "Putinin maraqlarına xidmət edir"


Donald Tramp Cənubi Karolina ştatında seçki kampaniyası zamanı alyans qarşısında maliyyə öhdəliklərini yerinə yetirməyən NATO ölkələrini müdafiə etməyəcəyini bəyan etməsi, bütövlükdə kollektiv Qərbdə ciddi ajiotaja səbəbə olub və  nəticədə onun çıxışına ABŞ prezidenti Co Bayden, Avropa Şurasının rəhbəri, NATO-nun baş katibi və Aİ rəsmiləri sərt reaksiya verərək onu tənqid ediblər. 

Tramp fevralın 10-da çıxışında "NATO ölkələrindən birinin prezidentinin ABŞ-nin Alyans qarşısında öhdəliklərini yerinə yetirmədiyi təqdirdə belə bir ölkəni Rusiyanın hücumundan qoruyacaqmı" deyə sual verərkən baş vermiş hadisəni xatırladıb. 

“Xeyr, mən sizi qorumayacağam. Mən hətta onları nə istəyirlərsə, onu etməyə təşviq edəcəm”,- Tramp deyib.

ABŞ prezidenti Co Bayden Donald fevralın 11-də çıxışı zamanı Trampın bu bəyanatını “dəhşətli və təhlükəli” adlandırıb. "Birləşmiş Ştatlar Vladimir Putinin avtoritar təcavüzünə qarşı demokratiyanı müdafiə edərək həmişəkindən daha böyük və güclü NATO ittifaqı qurmaq üçün müttəfiqlərimizlə çiyin-çiyinə dayanıb", - Bayden qeyd edib.

NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, müttəfiqlərin bir-birini müdafiə etməyəcəyinə dair hər hansı təklif ABŞ-nin təhlükəsizliyi də daxil olmaqla, bütün təhlükəsizliyimizi pozur.
“NATO-ya qarşı istənilən hücum vahid və güclü cavabla qarşılanacaq", -Stoltenberq əlavə edib. 
Avropa Şurasının prezidenti Şarl Mişel isə bəyan edib ki, NATO-nun təhlükəsizliyi və həmrəyliyi ilə bağlı bəyanatlar yalnız Putinin maraqlarına xidmət edir.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Qalereya