» » Putin ilk dəfə Zelenski ilə şəxsi söhbətindən danışıb: "Volodya, nə edirsən?"

Putin ilk dəfə Zelenski ilə şəxsi söhbətindən danışıb: "Volodya, nə edirsən?"

  • 9-02-2024, 14:26
  • Dünya
  • 0
  • 74
Putin ilk dəfə Zelenski ilə şəxsi söhbətindən danışıb: "Volodya, nə edirsən?"


"Deyirəm: Volodya, nə edirsən? Nə üçün bu gün Ukraynada neonasistləri dəstəkləyirsiniz, halbuki babanız faşizmlə vuruşub. O, cəbhə xəttində əsgər idi"

Bunu Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsonla söhbətində ilk dəfə Ukrayna rəhbəri Volodimir Zelenski ilə şəxsi söhbəti barədə danışarkən deyib.

O, Zelenskinin cavabını yanlış hesab etdiyi üçün onu səsləndirməkdən imtina edib.

Putin yəhudi kökənli  Zelenskinin neonasistləri dəstəkləməsindən də təəccübləndiyini dilə gətirib.

"Mən başa düşə bilmirəm ki, damarında yəhudi qanı axan, Ukrayna dövlətinə başçılıq edən şəxs neonasistlərə necə dəstək ola bilər?", - o qeyd edib.

Putin əlavə edib ki, Zelenski hakimiyyətə gələrək iki şeyi dərk edib. "Birincisi, neonasistlər və millətçilər aqressivdirlər və ona görə də onlarla mübahisə etməmək daha yaxşıdır. İkincisi, ABŞ başda olmaqla Qərb dövlətləri Rusiyaya qarşı çıxan hər kəsi dəstəkləyəcəklər", - o qeyd edib.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya