» » Rusiyanın hərbi texnikası tükənir - Analitiklərin hesablaması

Rusiyanın hərbi texnikası tükənir - Analitiklərin hesablaması

  • 8-02-2024, 13:47
  • Dünya
  • 0
  • 76
Rusiyanın hərbi texnikası tükənir - Analitiklərin hesablaması


Ötən şənbə Moskva üçün müharibənin ən ağır günlərindən biri idi. Rusiya ordusu Ukrayna ilə toqquşmalarda ən azı 54  döyüş texnika itirib, 16-sı isə ciddi xəsarət alıb. Bu itkilərə 16 tank, 29 döyüş maşını və zirehli texnika daxildir.

Həmin gün Ukrayna tərəfi də 9 döyüş texnikası itirib və 21 isə müxtəlif formada xəsarət alıb.

Müharibədə gündəlik itkiləri hesablayan və dərc edən analitik Andrey Perpetuanın sözlərinə görə, bu müharibə dövründə olan rekord səviyyədə faciəvi  göstəricidir.

"Haber7"nin yazdığına görə, indi əsas sual  döyüş meydanında çoxsaylı hərbi texnikası itkisinə məruz qalan Kremlin savaşı uzun müddət davam etdirmək qabliyyətinə malik olub-olmamasındadır.   Rusiyada yeni zirehli maşınların istehsalı geridə qalmağa davam etsə də, ruslar hələ də əsasən anbarlardan çıxardıqları Soyuq Müharibə dövründən qalma köhnə hərbi texnikalardan istifadə edirlər.

Bu ehtiyatlar kifayət qədər məhduddur və artıq tükənməyə başlayıb.

Dekabr ayında Kreml köhnəlmiş 4811 döyüş texnikasını 1081 inventarını yenidən təmir edib. 

Qalan 3730 avtomobildən ən azı 765-i təmir edilə bilməyəcək, onlar son  dərəcədə yararsız vəziyyətdədir.

Analitiklərin fikrincə, 2022 və 2023-cü illərdə ruslar ayda təxminən 80 tank itirib.

Əgər bu itki nisbəti 2024-cü ildə davam etsə və yeni tankların istehsalı ayda 30-40 səviyyəsində sabit qalsa, Kremlin döyüş maşınlarının tükənməsi iki il çəkəcək.

Rusiya ordusu hazırda döyüşlərdə ayda təxminən 400 tank itirir. Bu, 2022 və 2023-cü illərdə müşahidə olunan nisbətdən təxminən 5 dəfə yüksək deməkdir.
Bu hesablamalara görə, Rusiyanın qarşıdakı 2 il üçün kifayət qədər hərbi texnikası yoxdur və itkilər ordu üçün kifayət qədər sarsıdıcıdır.

Müharibə bu intensivliklə davam edərsə, o zaman Rusiyanın aktiv döyüş maşınları 6 ay ərzində tükənə bilər.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya