» » Ermənistan Zəngəzura görə güclərin marağında deyil, əsas məsələ... - Kerayan

Ermənistan Zəngəzura görə güclərin marağında deyil, əsas məsələ... - Kerayan

  • 22-01-2024, 13:18
  • Dünya
  • 0
  • 112
Ermənistan Zəngəzura görə güclərin marağında deyil, əsas məsələ... - Kerayan


"Zəngəzur dəhlizi  məsələsi 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra gündəmdədir. Bu yol  türkdilli ölkələrin birləşməsi və inteqrasiyası üçün Azərbaycanla quru əlaqəsinin yaradılması baxımdan  da gündəlikdədir. Lakin Zəngəzur dəhlizində beynəlxalq güc mərkəzlərinin də öz maraqları var". 

Bunu erməni politoloq Qarik Kerayan deyib.

Kerayan bu məsələ ilə bağlı daha sonra deyib: "Beynəlxalq aktorlar və güc mərkəzləri üçün prioritet Ermənistanın ərazi bütövlüyü deyil, bu mühüm strateji yola nəzarət etməkdən ibarətdir. Ona görə də onlar ikili oyun oynayırlar və nə Moskvada, nə Brüsseldə, nə də Vaşinqtonda aydın siyasi mövqe bildirmirlər".

Bakının İrəvanla birbaşa ikitərəfli formatda danışıqlar təklifinə mövqeyini açıqlayan Kerayan bildirib ki, ikitərəfli danışıqların müsbət və mənfi tərəfləri var: "Müsbət tərəfi odur ki, ikitərəfli danışıqların uğur şansı daha yüksəkdir. Vasitəçilik missiyalarının iştirakçıları həmişə və hər yerdə münaqişələrin həllində öz maraqlarını güdürlər, nəticədə vasitəçilik çox vaxt çaşqınlığa və pərdəarxası intriqalara çevrilir. Bunun bariz nümunəsi Minsk Qrupunun fiaskosu idi. İşin mənfi tərəfi odur ki, ikitərəfli danışıqlarda əldə olunan razılaşmaların beynəlxalq təminatları yoxdur. Burada müəyyən təhlükələr var. Müqavilə bağlandıqdan sonra onun yerinə yetirilməsinə dair heç bir aydın təminat yoxdur".

Bölgə uğrunda gedən geosiyasi savaşla bağlı mövqeyini açıqlayan politoloq deyib ki, hazırda Rusiyanın xarici siyasətinin əsas problemi bütün postsovet ərazisində nüfuzun bərpasıdır. "Azərbaycan da istisna deyil. Lakin Cənubi Qafqazda yeni qüvvələr balansının yaradılması Ukrayna müharibəsinin nəticəsindən asılıdır", - o qeyd edib.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video

    055 215 64 69Girl in a jacket

    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Yanvar 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Qalereya