» » Şimali Koreya bu ölkəni atəşinə tutdu: insanlar təxliyə edildi

Şimali Koreya bu ölkəni atəşinə tutdu: insanlar təxliyə edildi

  • 5-01-2024, 10:40
  • Dünya
  • 0
  • 151
Şimali Koreya bu ölkəni atəşinə tutdu: insanlar təxliyə edildi


Şimali Koreyanın Cənubi Koreya istiqamətinə 200-ə yaxın artilleriya mərmisi atması nəticəsində Seul Sarı dənizindəki Yeonpyonqdo adasını boşaltmaq məcburiyyətində qalıb.

“Yonhap” xəbər verir ki, Seul adanın boşaldılmasını Şimali Koreya tərəfindən mümkün təxribat ilə izah edib. 

Seul “Şimali Koreyanın hərbi təxribatının açıq əlamətləri fonunda” mülki şəxsləri sığınacaqlara təxliyə etməyi əmr edib. Əmr Cənubi Koreya hərbçilərinin tələbi ilə saat 12:02-də verilib və yerli vaxtla saat 12:30-da təkrarlanıb.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislər Komitəsindən  jurnalistlərə bildirib ki, Şimali Koreya Yonpyonq adası yaxınlığında 200-ə yaxın atəş açıb. Mülki sakinlərdən və hərbçilərdən xəsarət alan olmayıb. 

Qeyd edək ki, 2010-cu ildə Yonpyonq adası KXDR tərəfindən atəşə tutulub. O zaman Pxenyanın atdığı 170 artilleriya mərmisi nəticəsində 4 nəfər həlak olub.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video

    055 215 64 69Girl in a jacket

    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    İyun 2026    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya