» » Krılov İrəvanı hədələdi: Rus bazası çıxsa, müharibə olacaq! - NƏ BAŞ VERİR?

Krılov İrəvanı hədələdi: Rus bazası çıxsa, müharibə olacaq! - NƏ BAŞ VERİR?

  • 14-12-2023, 15:30
  • Dünya
  • 0
  • 126


Rusiya hərbi bazasının və sərhədçilərinin Ermənistandan çıxarılması ilə bağlı məsələ yaranarsa, Cənubi Qafqaz regionunda stabillik pozula bilər.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Aleksandr Krılov erməni mediasına deyib.

O, bu halda erməniləri müharibə ilə qorxudub:

“Bundan sonra Türkiyə və Azərbaycan Qarabağdakı son əməliyyat kimi erməni probleminin nəhayət həlli üçün əməliyyata başlaya bilərlər”.

O, kollektiv Qərbin Ermənistanın köməyinə gələcəyinə böyük şübhə ilə yanaşdığını bildirib:

“Birinci Ermənistan respublikasının artıq təcrübəsi var - Antanta dövlətlərindən çoxsaylı vədlər almışdı, lakin müharibə başlayanda onlar öz donanmalarını Qafqaz dağlarına göndərə bilməyəcəklərini bəyan etdilər. Bununla da onların iştirakı başa çatdı, Birinci Respublika isə süqut etdi. Müxtəlif siyasi addımlar atılanda tarixi xatırlamağa dəyər.

Hər şeyin öz qiyməti var, kiçik dövlətlər üçün səhvlər isə xüsusi qiymətə malikdir. Onlar erməni dövlətçiliyi üçün ölümcül ola bilər”.

O, əminliklə bildirib ki, Ermənistanı tərk etmək Rusiya üçün kritik olmayacaq:

“Rusiya artıq bütün Qafqaz silsiləsi boyu müasir hava və raketdən müdafiə sistemi qurub”.

Eyni zamanda o, hadisələrin bu istiqamətdə mümkün inkişafını kədərli adlandırıb, çünki bu, Rusiyanın maraqlarına, eləcə də Ermənistan-Rusiya münasibətlərinin maraqlarına ziddir.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video

    055 215 64 69Girl in a jacket

    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Yanvar 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Qalereya