» » ABŞ-nin Ermənistanda AES tikmək istəyinin arxasında nə dayanır?

ABŞ-nin Ermənistanda AES tikmək istəyinin arxasında nə dayanır?

  • 22-11-2023, 09:53
  • Dünya
  • 0
  • 101
ABŞ-nin Ermənistanda AES tikmək istəyinin arxasında nə dayanır?


Ermənistan mətbuatı yazır ki, Amerika Ermənistanda kiçik nüvə reaktorlu atom elektrik stansiyası tikmək istəyir. Layihənin təşəbbüskarının isə Amerikanın “NuScale Power” şirkəti olduğu bildirilir.

"İqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, indiyə qədər  18 ölkədə 80-dən çox buna bənzər layihələrə 100 milyard dollardan çox vəsait xərclənməsinə baxmayaraq, belə kiçik modul reaktorlardan heç biri kommersiya məqsədli istifadə mərhələsinə qədər gəlib çata bilməyib: 

"ABŞ 10 ildən çoxdur ki, bu sektoru maliyyələşdirsə də, hələlik ciddi cəlbedici nəticələr yoxdur. “NuScale Power” şirkəti isə dəfələrlə belə layihələrdə uğursuzluğa düçar olub". 

Ekspert deyir ki, bütün bunları nəzərə alsaq, bu layihə təşəbbüsünün yenidən gündəmə gətirilməsini Azərbaycan-ABŞ münasibətlərinin bugünkü vəziyyətində bir imitasiya olduğunu deyə bilərik.

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmadığı təqdirdə hansısa bir Amerika şirkətinin Ermənistana dəyəri milyardlarla ölçülə bilən investisiya fəaliyyətini gerçəkləşdirməsi heç də ağlabatan deyil. Bu sadəcə psixoloji təhdid imitasiyasıdır", - deyə E. Əmirov əlavə edib.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Aprel 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    Qalereya