» » Ermənistanın 3 yolu var, ikisi faciəyə gətirib çıxaracaq - Şarmazanov

Ermənistanın 3 yolu var, ikisi faciəyə gətirib çıxaracaq - Şarmazanov

  • 18-11-2023, 09:00
  • Dünya
  • 0
  • 131
Ermənistanın 3 yolu var, ikisi faciəyə gətirib çıxaracaq - Şarmazanov


İndiki vəziyyətdə Ermənistanın qarşısında üç variant var: ən arzu olunanı milli dövlətçiliyin bərpasıdır. İkinci və ya üçüncü yolun seçilməsi faciəyə gətirib çıxaracaq.

Publika.az xəbər verir ki, bunu Ermənistanın Respublika Partiyasının nümayəndəsi Eduard Şarmazanov mətbuat konfransında bildirib.
Siyasətçi qeyd edib ki, ikinci yol respublikanın Ukraynaya çevrilməsidir. Üçüncü yol isə ölkənin “vilayətləşdirilməsi”dir.

Sabiq deputat İrəvanın Qərbə doğru yönəlmiş xarici siyasətini tənqid edib. Onun fikrincə, Ermənistan Qərbin planını qəbul edib açıq şəkildə Rusiyaya qarşı çıxsa, bu, respublika üçün ciddi nəticələrlə dolu olacaq.

"Qərbə bir şey lazımdır: bir əsrdir ki, o, Rusiyanı bu regiondan sıxışdırıb çıxarmağa çalışır. Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan bütün ruslara qarşı mübarizədə Qərbin "küt alətinə" çevrilib", - siyasətçi hesab edir.

Şarmazanov qeyd edib ki, Qərb öz məqsədinə çatmaq üçün Gürcüstanda Mixail Saakaşvilidən, Ukraynada Vladimir Zelenskidən, indi isə Ermənistanda Nikol Paşinyandan istifadə edib. Qərb rəsmiləri əsl məqsədlərini gizlətmirlər.

O ki qaldı Rusiya əleyhinə çıxış etməyin hansı nəticələrə gətirib çıxaracağına, müxalifətçinin fikrincə, bu haqda yaxşı düşünmək lazımdır.
"Rusiya nəhəng əraziyə malik superdövlətdir. Əgər Rusiyaya daş atırsansa, daha böyük daşla vurulmağa hazır olmalısan. Amma bundan sonra ayaq üstə qalacaqsan?" - Şarmazanov deyib.

Hakimiyyətin KTMT-ni tənqid etməsinə münasibət bildirən siyasətçi xatırladıb ki, Ermənistan bu təşkilatın bir hissəsidir, çünki o, 30 il ərzində kifayət qədər səmərəli işləyən Rusiya təhlükəsizlik sisteminin bir hissəsidir.

"Rusiya bizə 50 min ton pulsuz silah verdi, Rusiya Federasiyasının hərbi yardımı sayəsində Ermənistan-Türkiyə sərhədi belə sakitdir. Rusiya sizə 165 dollara qaz verir, kənd təsərrüfatı məhsullarınızın 90%-i bu ölkəyə göndərilir. Siz bütün bunları bir kənara atırsınız, Qərbin təhriki ilə Rusiyaya qarşı çıxırsınız və sağ qalmaq istəyirsiniz?” - siyasətçi qeyd edib.

O, əmindir ki, nə Fransa, nə də bütövlükdə Aİ Ermənistanın təhlükəsizlik problemlərini həll etmək iqtidarında deyil.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya