» » Bu halda bütün Ermənistan Zəngəzur dəhlizinə çevriləcək - Badalyandan ŞOK

Bu halda bütün Ermənistan Zəngəzur dəhlizinə çevriləcək - Badalyandan ŞOK

  • 27-10-2023, 13:21
  • Dünya
  • 0
  • 103
Bu halda bütün Ermənistan Zəngəzur dəhlizinə çevriləcək - Badalyandan ŞOK


“Nikol Paşinyan “The Wall Street Journal”a müsahibəsində yeni prosesin başladığını elan edib. Hakim siyasi güc öz planının ikinci bəndini, yəni Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun zərərsizləşdirilməsini həyata keçirməyə başlayır ki, bu da Ermənistanın Rusiya ilə bütün hərbi təşkilat və birləşmələrdə üzvlüyünün dondurulmasını nəzərdə tutur. Üçüncü bəndi isə Zəngəzur dəhlizidir”.

Bunu siyasi texnoloq Armen Badalyan deyib.

“Ermənistanda Rusiya tərəfdarları yoxdur və hazırda ölkədə anti-Rusiya əhvali-ruhiyyəsi indeksi ən yüksək səviyyədədir. Digər tərəfdən Rusiya Gürcüstan və ya Ukrayna kimi Ermənistanla həmsərhəd ölkə deyil ki, sərhəddən yardım etsin, Ermənistan Rusiyadan uzaq ərazidir və burada Ermənistanı saxlaya bilmək üçün ciddi problemlər var. Ona görə də Rusiyanın Ermənistanda hakimiyyəti dəyişmək üçün siyasi gücü yoxdur, hətta müxalifət fraksiyaları arasında da rusiyapərəst qüvvə yoxdur. Təbii ki, Rusiya tərəfi də bunu yaxşı başa düşür”, - Badalyan qeyd edib. 

O hesab edir ki, Qərb gücü güclənəndə Rusiyanın təsiri sadəcə olaraq yox olacaq, Rusiya tərəfi heç nə edə bilməyəcək. 
Siyasi texnoloq Paşinyanın siyasi karyerasını necə başa vuracağı ilə maraqlanmadığını və bunu onun  problem hesab edir. “Lakin Qərb Rusiya faktorunu tamamilə neytrallaşdıra bilsə, o zaman Paşinyanın yerinə başqasını təyin edəcəklər və Paşinyan öz həyatını hansısa xarici ölkədə, Kanadada və ya Böyük Britaniyada davam etdirəcək”, - o vurğulayıb.

Zəngəzur dəhlizi ilə bağlı məsələyə mövqeyini açıqlayan Badalyan deyib ki, Ermənistan Qərbin nəzarətinə keçərsə, o zaman bütün Ermənistan Zəngəzur dəhlizinə çevriləcək. 

“Belə olan halda Azərbaycanın Zəngəzurdan təxminən 5 kilometr enində dəhlizə nəzarət etməyə ehtiyac yoxdur.  O halda  Ermənistan bütövlükdə Zəngəzur dəhlizinə çevrilir: Qərbin nəzarətində olan İrəvan-Qars-Göyçə-Qazax, İrəvan-Arazdəyən-Naxçıvan-Mehir dəmir yolu və bir neçə avtomobil yoları”, - Badalyan bildirib.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya