» » Ermənistanın yeni silahlar alması nə qədər təhlükəlidir?

Ermənistanın yeni silahlar alması nə qədər təhlükəlidir?

  • 24-10-2023, 09:45
  • Dünya
  • 0
  • 100
Ermənistanın yeni silahlar alması nə qədər təhlükəlidir?


Ermənistanın Fransadan silah alacağı rəsmən açıqlandı. 2023-cü ildə Ermənistanın müdafiə xərclərinin 501,3 milyard dram təşkil etməsi proqnoz edilirdi. Hazırkı məzənnə ilə bu, 1,25 milyard dollar deməkdir. 

"Bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O, Azərbaycan və Ermənistanın müdafiə xərclərini müqayisə edib.

"Azərbaycanda bu il müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 6,05 milyard manat ayrılması nəzərdə tutulur ki, bu da 3,6 milyard dollara yaxın bir vəsait deməkdir. 2024-cü ildə isə bu xərclər 6% artırılaraq 6, 4 milyard manata və ya 3,8 milyard dollara çatdırılması planlaşdırılır. Mütləq ifadədə Azərbaycanın bu qəbildən olan xərcləri Ermənistandan təxminən 3 dəfə çoxdur".

Ekspert bildirib ki, effektiv anlamda bu fərq ən azı 50-60 qat artıqdır: "Çünki Azərbaycan son 20-25 il ərzində hər il 3-4 qat artıq xərclə hərbi güc formalaşdırıb. Təkcə bu illər ərzində çəkilən xərcin toplam fərqinə baxsaq, bu, 70-80 dəfə artıq bir hərbi xərc deməkdir. 

Bu azmış kimi Ermənistanın nəyi vardısa, Vətən müharibəsində darmadağın edildi.  Buna görə də, hər ilə lap milyard yarım pul ayırsalar və Fransadan silah alsalar belə, onların Azərbaycanla müqayisə edilə biləcək orduya sahib olmaları üçün ən azı 15-20 il lazımdır. Həm də bu şərtlə ki, Azərbaycan heç nə etməsin". 

"Nəzərə alsaq ki, Azərbaycan yerində dayanmır, hər il Ermənistandan yenə də 3 dəfə artıq xərc ayırır, deməli ordular arasında olan fərq getdikcə daha da artacaq", - deyə E. Əmirov əlavə edib.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Aprel 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    Qalereya