» » Şok iddia: ABŞ Ukraynaya F-35-lər göndərir

Şok iddia: ABŞ Ukraynaya F-35-lər göndərir

  • 15-09-2023, 13:37
  • Dünya
  • 0
  • 128
Şok iddia: ABŞ Ukraynaya F-35-lər göndərir


ABŞ-dən qalxan F-35-lər  Danimarkaya enib və oradan da Ukraynaya uçacaq

Danimarkanın 2,2 milyard dollara sifariş etdiyi 27 F-35 döyüş təyyarəsindən 4-ü ölkəyə gəlib.

Xarici media xəbər verir ki, ölkənin Jutland yarımadasındakı Skrydstrup aviabazasına eniş edən 4 ədəd F-35-in rəsmi çatdırılması oktyabrın 1-də həyata keçiriləcək.

İmzalanmış müqaviləyə əsasən ABŞ Danimarkaya  2025-ci ilin sonunadək  27 F-35 təyyarəsi verəcək. Bununla da Danimarkanın 40 ildən artıqdır istifadə etdiyi 30 F-16 döyüş təyyarəsi parkı əvəz ediləcək.
Danimarka Ukraynaya ümumilikdə 19 ədəd F-16 qırıcısı verəcək. Onlardan  6 ədədini ilin sonunadək, 8 ədədi gələn il, qalan 5 ədədi isə 2025-ci ildə tədarük etməyi planlaşdırır.
Avqustun 17-də ABŞ Hollandiya və Danimarkaya öz F-16 döyüş təyyarələrini Ukraynaya göndərməyə icazə verib.
Avqust ayında Danimarka 8 ukraynalı pilota F-16-ların istifadəsi üzrə təlim keçirməyə başlayıb.
Bundan başqa Norveç də F-16-ları Ukraynaya verəcəyini açıqlayıb. Lakin təyyarələrin sayı və çatdırılma müddəti ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Sentyabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Qalereya