» » “ECOWAS” Nigerə hücuma hazırlaşır

“ECOWAS” Nigerə hücuma hazırlaşır

  • 11-08-2023, 10:02
  • Dünya
  • 0
  • 90
“ECOWAS” Nigerə hücuma hazırlaşır


Qərbi Afrika İqtisadi Birliyinin (ECOWAS) sammitində təşkilata üzv ölkələrin liderlərinə qurumun ehtiyat qüvvələrinin dərhal hazır vəziyyətə gətirilməsi tapşırılıb.

Bu barədə “ECOWAS” Komissiyasının sədri Ömər Aliu Turey məlumat verib.

Onun sözlərinə görə, birliyə üzv ölkələrin Baş Qərargah rəislərinə Nigerdə ​​konstitusiya quruluşunu bərpa etmək vəzifəsi ilə ehtiyat qüvvələri hərtərəfli hazır vəziyyətə gətirmək tapşırılıb: “Nigerdə ​​konstitusiya quruluşunun bərpası üçün bütün variantlar masa üzərindədir”.

Qeyd olunub ki, birlik Nigerdə vəziyyətin sülh yolu ilə nizamlanmasına sadiqdir, lakin bütün variantlardan istifadə etməyə də hazırdır.

Xatırladaq ki, Qərbi Afrika İqtisadi Birliyinin Nigeriyanın paytaxtı Abucada fövqəladə iclası keçirilib və əsas diqqət Nigerdə ​​hakimiyyəti ələ keçirmiş üsyançılara qarşı növbəti addımların işlənib hazırlanmasına yönəlib.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya