» » Rusiyanın yanlış qərarı: iqtisadiyyatı sıradan çıxır

Rusiyanın yanlış qərarı: iqtisadiyyatı sıradan çıxır

  • 9-08-2023, 12:54
  • Dünya
  • 0
  • 94
Rusiyanın yanlış qərarı: iqtisadiyyatı sıradan çıxır


Rusiya siyasi rəhbərliyinin iqtisadi qərarları da “reallıq hissi” akvatoriyasından kənara çıxmaqda davam edir. İqtisadi sanksiyalar SPİD virusu kimidir, öldürmür, amma iqtisadiyyatın immun sistemini sıradan çıxarır və bir gün ən adi problemlər belə orqanizmi çökdürür. İndi sanksiyalar  Rusiya iqtisadiyyatını sıradan çıxırır. Əvvəl monupulyativ manevrlər hesabına rublun "ölməsini" bir qədər əngəlləyə bilsələr də, artıq rubl təzyiqlərə tab gətirə bilmir və bilməyəcək.  

Bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, digər tərəfdən də neft-qaz gəlirləri azalır: “Ötən il bəyan edirdilər ki, sanksiyalara baxmayaraq neft-qaz gəlirləri artıb. Amma bu gün bildirilir ki, Rusiyanın neft və qaz gəlirləri bu ilin ilk 7 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 41,4% azalıb.

Belə bir şəraitdə Putin yenə emosional qərar qəbul edərək, Rusiya ilə “dost olmayan ölkələr”lə vergi müqavilələrini qismən ləğv etdi. Əvvəla, ümumiyyətlə “dost olmayan ölkə” ifadəsi doğru ifadə deyil. Münasibətlərin diversifikasiyasında bu ifadənin nə iqtisadi, nə də siyasi mahiyyəti doğru deyil”.  

Ekspertin sözlərinə görə, vergi müqavilələrinin ləğvi bu münasibətlərin daha da sıradan çıxarılmasına xidmət etməklə yanaşı iqtisadi zərər formasında ən böyük mənfi təsirini Rusiyaya göstərəcək:

“Hazırdan Putinin  “dost olmayan ölkələr” siyahısında dünyanın iqtisadi cəhətdən ən yaxşı ölkələri olan 43 ölkəsi var. Əksəriyyəti də “iqtisadi əjdaha”dır. Bunlarla vergi müqavilələrini qismən ləğv etmək nə deməkdir?! Doğurdanmı Rusiya bu ölkələrin hər birinə dəyəcək 1 dollar zərər qarşılığında özünə dəyəcək ən azı 43 dollarlıq zərəri görmür?!”, - deyə E. Əmirov əlavə edib.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya