» » Putinlə rəqs edən avropalı nazir Rusiyaya köçdü

Putinlə rəqs edən avropalı nazir Rusiyaya köçdü

  • 9-08-2023, 10:13
  • Dünya
  • 0
  • 97
Putinlə rəqs edən avropalı nazir Rusiyaya köçdü


Rusiya prezidenti Vladimir Putinin toyunda rəqs etdiyi Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl artıq ölkəsini tərk edərək Rusiyada yaşamağa qərar verib.

“Bu barədə sabiq nazir Karin Knaysl “Vidsboku”ya müsahibəsində deyib. 

O bu günlərdə Rusiya Federasiyasında məskunlaşdığı Ryazan vilayətinin Petruşovo kəndində keçirilən şənlikdə iştirak edib.

2017-2019-cu illərdə Avstriya xarici işlər naziri vəzifəsində çalışan Karin Knaysl  müsahibəsində deyib ki, üç il əvvəl Avstriyanı tərk etməyə məcbur oldu: “Fransada işləməyə icazə vermədilər, hətta bank hesabı açmaqdan belə imtina etdim. Qorxdum və Avropadan qaçmalı oldum, məni heç yerə qəbul etmədilər. Mən ərəb dilini bildiyim üçün Livana getdim. Rusiyada qalmaq üçün mənə kömək lazım idi. Yaşayış yeri tapmaqda mənə kömək edə biləcək bir neçə insanla əlaqəm var idi. Onlar mənə rus dilini öyrənməyə kömək edirlər. Mən səkkiz dil bilirəm, amma rus dili təəssüf ki, yenicə öyrənməyə başlayıram”, - sabiq nazir qeyd edib. 

Rusiyaya köçdükdən sonra Putinlə görüşüb-görüşmədiyinə gəldikdə sabiq nazir deyib ki, onu sonuncu dəfə 2019-cu ildə görüb.

“Bura gəlmək asan deyildi, amma yolumu tapmağa çalışıram. Mən buranı bəyənirəm. İşə başladım, öyrətməyə və öyrənməyə davam edirəm, kitablarımı yazıram, dil öyrənirəm. Köhnə həyatımı tərk etməli, hər şeyi yenidən başlamalı oldum və 60 yaşda bu, asan deyil”, - siyasətçi bildirib.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya