» » Arayik Azərbaycanla inteqrasiya məqsədi ilə yeni qurum yaradır - Erməni KİV

Arayik Azərbaycanla inteqrasiya məqsədi ilə yeni qurum yaradır - Erməni KİV

  • 3-08-2023, 11:56
  • Dünya
  • 0
  • 122
Arayik Azərbaycanla inteqrasiya məqsədi ilə yeni qurum yaradır - Erməni KİV


Qarabağdakı terrorçu-quldur  dəstəsinin başçısı Arayik Arutyunyan mövcud reallıq və yaranmış durumdan çıxış yolları ilə bağlə “artsax tv”yə eksklüziv müsahibə verəcəyini açıqlaması erməni cəmiyyətində ciddi rezonansa səbəb olub. Bəziləri Arutyunyanın bu açıqlamasını Qarabağ ermənilərinin Azərbaycanla dialoqa və bəzi məsələlərdə güzəştə getmək istəyi ilə izah edir. 

Bu baradə “hraparak” yazır.

Nəşrin yazdığına görə, onlar hesab edirlər ki, Arayik Arutyunyan Azərbaycanla inteqrasiyanın gizli tərəfdarlarından biridir. O, açıq şəkildə “inteqrasiya yoxdur” bəyanatlarına qoşulsa da, amma reallıqda gizli şəkildə inteqrasiya istiqamətində addımlar atır.

Nəşr onu da qeyd edib ki, Arutyunyan bu məqsədlə  yaxın gələcəkdə nə edəcəyini müzakirə edəcək və qərarlar qəbul edə biləcək başqa bir qurum yaratmaq qərarına gəlib. 

“Artıq Rusiyanın dəstəyindən heç bir gözləntiləri olmadığı üçün onlar başa düşürlər ki, yalnız özlərinə arxalanmalıdırlar və Qarabağda qalan insanlar nə edəcəkləri ilə bağlı kollektiv qərar verməlidirlər. Bunu isə nə qədər yüksək vəzifə tutmasından asılı olmayaraq, bir nəfər təkbaşına həll edə bilməz. Həmin qurum orada yaşayan insanların fikrini əks etdirməlidir. Lakin həyat göstərir ki, Qarabağda nüfuz sahibi olan insanlar, məsələn, “keçmiş prezidentlər” (terrorçu-quldurlar-red) məsuliyyəti öz üzərinə götürməkdən imtina edirlər. Digərlərinin bir-biri ilə problemləri var və birlikdə işləyə bilmirlər. Üçüncü şəxslərin iştirakı yalnız dağıdıcıdır”, - nəşr yazır.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Oktyabr 2024    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    Qalereya