» » ABŞ-nin Xankəndidən "Bakı tələbi" xəbəri doğrudur - Zaxarova

ABŞ-nin Xankəndidən "Bakı tələbi" xəbəri doğrudur - Zaxarova

  • 22-06-2023, 09:49
  • Dünya
  • 0
  • 105
ABŞ-nin Xankəndidən "Bakı tələbi" xəbəri doğrudur - Zaxarova


Təəssüf ki, ABŞ-nin Qarabağa tələbi ilə bağlı məlumatlar etibarlıdır. 

Bunu Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bir sıra Rusiya KİV-ində ABŞ-nin guya Xankəndidəki separatçılardan hansısa üçüncü ölkədə Bakı ilə  danışıqlar aparmaq, əks halda Bakının Qarabağa qarşı hərbi əməliyyat keçirəcəyi ilə hədələməyi tələb etdiyi barədə məlumatla bağlı sualı cavablandırarkən deyib. 

“Birincisi, KİV-də gedən materiallara gəlincə, o, bir neçə mənbədə yer alıb, təəssüf ki, orada verilən məlumatlar etibarlıdır. İkincisi, biz Rusiya, Bakı ilə Xankəndi arasında Qarabağ əhalisinin hüquqlarının və təhlükəsizlik təminatlarının təmin edilməsi üzrə dialoqu təşviq etməyə hazırıq və bu barədə dəfələrlə maraqlı tərəflərə məlumat vermişik.

Üçüncüsü, Rusiya sülhməramlı kontingenti 9 noyabr 2020-ci ildə qeyd etdiyim üçtərəfli bəyanata uyğun olaraq bölgəyə yerləşdirilib. O, fəaliyyətinin əsas çərçivəsini müəyyən edir. Bir daha təkrar etmək istərdim ki, Rusiya sülhməramlılarının əsas vəzifəsi öz məsuliyyət zonasında atəşkəs rejimini qorumaqdır”, - Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya razılaşdırılmış hər şeyin yerinə yetirilməsini istəyir: “Mənə elə gəlir ki, biz artıq bu istiqamətdə yetərincə səylə göstərmişik. Hamıya hər şeyi sübut etmişik və bütün istiqamətlərdə addım-addım işləməyə hazırıq. Bu yerlərdəki vəziyyətdən tutmuş iqtisadiyyata qədər. Bir daha deyirəm ki, bu yol asan və mütləq qızılgüllərlə dolu deyil. Çox çətin gündəlik, çox səy tələb edən işdir. Ancaq biz bunu etdik və bundan sonra da etməyə hazırıq”, - Zaxarova qeyd edib.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya