» » Erməni bloger Rusiyanın planından danışdı: "Azərbaycanla müharibə..." - SENSASİON İDDİA

Erməni bloger Rusiyanın planından danışdı: "Azərbaycanla müharibə..." - SENSASİON İDDİA

  • 25-05-2023, 15:30
  • Dünya
  • 0
  • 108
Erməni bloger Rusiyanın planından danışdı: "Azərbaycanla müharibə..." - SENSASİON İDDİA


Erməni blogerdən rusların İrəvanla Bakı arasında sülh sazişini pozub, yeni müharibənin başladılması istiqamətində həyata keçirdiyi planlarını ifşa edib.

Erməni bloger Roman Baqrasaryan öz “Youtube” kanalında bunun şok detallarını açıqlayıb.

Rusiyanın sülh planlarını pozması haqqında danıqşan Roman Baqrasarayan deyib ki, ruslar Nikol Paşinyanın son mətbuat konfransında Qarabağı Azərbaycanın tərkib hissəsi tanıması bəyanatından sonra Xankəndidəki separatçıları İrəvana qarşı sərt formada çıxaraq, aktiv informasiya müharibəsinin başlamasını tələb ediblər. Rusların tələbinə əsasən Xankəndidəki  separatçılar Paşinyanı və onun komandasını xəyanətdə və satqınçılıqda ittiham etmək tapşırılıb. Məqsəd Ermənistanın Azərbaycanla sülh sazişinin imzalanmasının qarşısını almaqdır. Çünki Moskva sülh sazişin imzalanmasının əleyhinədir və bunun üçün də Xankəndidəki separatçılardan istifadə edir.

Baqrasaryanın sözlərinə görə, Rusiyanın sülh prosesinin pozması ilə bağlı hətta ona Xankəndidən “parlamentin” bir "deputat" zəng edib.

“O mənə deyir ki, son iki ayda rusların Xankəndidə fəallaşıblar. Bildirir ki, əgər sülh sazişi imzalanarsa, Azərbaycan sepratçıların rəhbərlərini, komandirləri, hərbçilərini həbs edəcək. Ruslar bu yolla onları qorxudaraq sülhə qarşı çıxardır və ölənədək mübarizəyə çağırırlar”,- Baqrasaryan deyib. 

O eyni zamanda əlavə edib ki, son günlərdə ruslar təkcə Xankəndidə deyil, Ermənistanda da aktivləşiblər. Ermənistanda yaşayan ruslar saxta profillərlə sülhə qarşı çıxış edərək, Azərbaycana qarşı düşmənçiliyi qızışdırırlar. 

Erməni blogerin fikrincə, ruslaırn əsas hədəfi Ermənistanı Rusiyanın tərkibinə daxil etməkdir. 

O iddia edib ki, ruslar sülhü pozub, Ermənistanı Azərbaycanla minlərlə erməninin ölümünə səbəb olacaq yeni müharibəyə sürükləyir. Bunun üçün ruslar Qarabağdakı hərbçiləri Azərbaycana qarşı hərbi təxribatlar törətməyə və buna cavab olaraq Azərbaycanın hərbi əməliyyatlara başlamasına şərait yaratmağa çalışır. 

Baqrasaryan əlavə edib ki, əgər yeni müharibə başlayarsa, Azərbaycan Zəngəzurun bir qismini  ələ keçirə bilər.

Bloger deyib ki, son günlərdə İrəvanda övladları müharibədə ölən valideynlərin keçirdiyi aksiyanın arxasında da Rusiya dayanır:  “Onların niyyəti nə olursa olsun, Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsinə mane olmaqdır”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    İyun 2024    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Qalereya