» » Paşinyan: “Əmri mən verməmişəm, onlar xarici ölkələrin agentidirlər”

Paşinyan: “Əmri mən verməmişəm, onlar xarici ölkələrin agentidirlər”

  • 13-04-2023, 10:19
  • Dünya
  • 0
  • 137
Paşinyan: “Əmri mən verməmişəm, onlar xarici ölkələrin agentidirlər”


Ermənistanın baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrdə xarici ölkələrin agenti kimi çalışan yüksək rütbəli məmurların ola biləcəyini istisna etməyib.

O bunu parlamentdə çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, həmin yüksək rütbəli xarici ölkə agentləri orduda çaxnaşma yaradırlar.

“Məsələn, hərbçilər arasında panika, çaxnaşma yaratmaq üçün tabeliyində olanlara tapşırır ki, hamı döyüş mövqelərini tərk etsin.  Niyə? Motivasiya üzə çıxmayınca heç bir cinayətin üstü açılmayacaq. Ola bilsin ki, onlar başqa ölkənin agentləridir”, - Paşinyan qeyd edib.

O əlavə edib ki, bunun üçün yuxarıdan əmr almalı idilər: “Daha doğrusu, bu əmri mən verməliydim, amma verməmişəm. Deməli, onlar hansısa daha yuxarılardan əmr, sifariş alıb, onu yerinə yetiriblər. Özü də əmri kimdən aldığını demir”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Qalereya