» » Rusiyada Azərbaycan və Ermənistan liderlərinin görüşü planlaşdırılmır - Peskov

Rusiyada Azərbaycan və Ermənistan liderlərinin görüşü planlaşdırılmır - Peskov

  • 26-11-2022, 10:40
  • Dünya
  • 0
  • 137
Rusiyada Azərbaycan və Ermənistan liderlərinin görüşü planlaşdırılmır - Peskov


Yaxın vaxtlarda  Azərbaycan  və Ermənistan liderlərinin Rusiyada görüşü planlaşdırılmır.

Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Yaxın vaxtlarda  belə görüş gözlənilmir", - Peskov Ermənistan və Azərbaycan liderləri ilə yaxın gələcəkdə Rusiyada görüşmək planları barədə sualı cavablandırarkən deyib.

Peskov əlavə edib ki, Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin tezliklə normallaşması, o cümlədən sülh müqaviləsinin hazırlanması üzərində işi daim davam etdirir.
Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla dekabrın 7-də Brüsseldə nəzərdə tutulan görüşün baş tutmayacağını bildirib. İrəvanın Fransa prezidenti Emmanuel Makronun görüşdə iştirakı ilə bağlı şərti onu qane etməyib.

Peskov Rusiyanın öz platformasını danışqılar üçün təklif etməyə hazır olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib: “Rusiya nəinki hazırdır, Rusiya daim münaqişənin tənzimlənməsində... və sülh müqaviləsinin imzalanmasında iki dövlətə kömək etmək üçün işini davam etdirəcəyini bəyan edir”. 
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya