» » Erməni politoloqlardan etiraf: Qərbin Qarabağ və Rusiya ilə bağlı planı budur

Erməni politoloqlardan etiraf: Qərbin Qarabağ və Rusiya ilə bağlı planı budur

  • 21-11-2022, 10:38
  • Dünya
  • 0
  • 121
Erməni politoloqlardan etiraf: Qərbin Qarabağ və Rusiya ilə bağlı planı budur


ABŞ-a Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması lazımdır, çünki bu halda növbəti mərhələdə Rusiya sülhməramlıları regionu tərk edəcək və sonra burada Rusiya hərbi bazasının olması mənasız olacaq. 

Bunu politoloq Stepan Danielyan “Dünyada baş verən proseslərin Ermənistana təsiri” mövzusunda müzakirə zamanı Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinin Qərb və Rusiya modellərindən danışarkən deyib.

“Bunun nəticəsində region Rusiya və İranın nəzarətindən çıxır. Rus versiyasında isə deyilir ki, Qarabağ məsələsini gələcəyə buraxmaq lazımdır ki, sülhməramlılar Qarabağda qalsın”, - Danielyan qeyd edib.

Siyasi elmlər doktoru Artur Xaçikyan isə qeyd edib ki, ABŞ dövlət katibi Entoni Blinken baş nazir Nikol Paşinyanı danışıqların tempini saxlamağa çağırıb. 

“Birincisi, bu, Rusiya versiyasına deyil, Qərbə uyğun olan sülh sazişinin imzalanmasına çağırışdır. 

İkincisi, bir neçə gün əvvəl Ermənistan nümayəndəsi öz tonunu dəyişdi və Azərbaycana qarşı kifayət qədər kəskin mövqe sərgilədi. Blinkenin mesajı ondan ibarət idi ki, bu məsələlərlə məşğul olmaq lazım deyil, sülh müqaviləsi imzalanmalıdır”, - Xaçikyan vurğulayıb.

Politoloq Argişti Kiviryan isə bildirib ki, son vaxtlar Nikol Paşinyan stolun üstündəki modellərdən Rusiya modelinə bir növ “U-dönüşlər” edir və burada ona fərqli istiqamətdə davam etməsi lazım olduğu açıq şəkildə izah olunur.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya