» » Kreml nüvə silahından istifadə edə bilər - Amerika Tədqiqi İnstitutu

Kreml nüvə silahından istifadə edə bilər - Amerika Tədqiqi İnstitutu

  • 20-07-2022, 11:58
  • Dünya
  • 0
  • 255
Kreml nüvə silahından istifadə edə bilər - Amerika Tədqiqi İnstitutu


Rusiya Prezidenti Vladimir Putin nüvə silahından Ukrayna Silahlı Qüvvələrinin müvəqqəti işğal olunmuş Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinə qarşı əks-hücumunun qarşısını almaq üçün istifadə edə bilər.

Belə bir  iddia  Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) hazırladığı hesabatda əksini tapıb.

“İşğal olunmuş ərazilərin ilhaqından sonra Putin birbaşa və ya dolayısı ilə bəyan edə bilər ki, Rusiya Federasiyasının ərazisini qorumaq üçün nüvə silahından istifadəyə icazə verən Rusiya doktorinası yeni ilhaq edilmiş ərazilərə şamil edilir”, - ISW-nin hesabatında deyilir.

ISW ekspertlərinin fikrincə, Kremlin bu cür hərəkətləri Ukraynanın Rusiya tərəfindən işğal olunmuş əraziləri azad etmək üçün əks-hücumları davam edərsə, Ukraynanı və onun tərəfdaşlarını nüvə hücumu ilə hədələyir. “Putin düşünür ki, nüvə silahı ilə təhdid və ya istifadəsi Rusiyaya gözlənilən hücumlardan çəkindirəcək. Belə olan halda, Ukrayna və onun Qərb tərəfdaşları Kreml işğal olunmuş əraziləri ilhaq etməzdən əvvəl əks-hücum əməliyyatına başlamaq üçün vaxt çərçivəsini xeyli azaldıblar”, - ekspertlər xəbərdarlıq edir. 
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Aprel 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    Qalereya