» » ÜST-dən XƏBƏRDARLIQ — "Hazır olun"

ÜST-dən XƏBƏRDARLIQ — "Hazır olun"

  • 21-08-2020, 11:06
  • Dünya
  • 0
  • 210
ÜST-dən XƏBƏRDARLIQ — "Hazır olun"


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosu qarşıdakı qrip mövsümünə hazırlaşmağı tövsiyə edib.
Unikal.org” xəbər verir ki, büro rəhbəri Hans Kluqe onlayn formatda keçirilən brifinqdə koronavirusla yanaşı qripə yoluxmanı da diqqətdə saxlamağın vacibliyini diqqətə çatdırıb və qrip əleyhinə peyvəndlər sayəsində əhalinin risk qruplarını qorumağa çağırıb.

Onun sözlərinə görə, bu il qrip əleyhinə peyvəndlər xüsusilə vacib əhəmiyyət daşıyacaq, çünki qripə yoluxanların mümkün qədər az olması xəstəxana və səhiyyə sisteminin yüklənməsinin qarşısını ala və səhiyyə işçilərinin koronavirus pasiyentlərini diqqətdə saxlamalarına kömək edə bilər.
H.Kluqe, həmçinin qeyd edib ki, hazırda pandemiyanın episentri Avropadan Amerika və digər regionlara keçsə də, bu, Avropa ölkələrində arxayınlıq yaratmamalıdır. Koronavirusa qarşı mübarizə tam gücü ilə davam etdirilməli və eyni zamanda paralel olaraq qarşıdakı qrip mövsümü də nəzərdən qaçırılmamalıdır.

Avqustun ilk həftəsində Avropada iyunun ilk həftəsi ilə müqayisədə 40 min yoluxmanın qeydə alınması narahatlıq doğursa da, büro rəhbəri səhiyyə qurumlarının hazırda vəziyyəti və yoluxma trendlərini daha yaxşı nəzarətdə saxlaya bildiklərini də qeyd edib.

O bildirib ki, indiki vəziyyəti fevral ayı ilə müqayisə etmək olmaz, indi artıq virusa qarşı mübarizənin necə təşkil olunmasına dair təcrübə toplanılıb və yoluxma klasterlərinin aradan qaldırılması daha yaxşı həyata keçirilir.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Sentyabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Qalereya