» » Erməni-müsəlman DAVASI: Nə BAŞ VERİR? - “Nəticə əldə olunması faktiki olaraq mümkün deyil”

Erməni-müsəlman DAVASI: Nə BAŞ VERİR? - “Nəticə əldə olunması faktiki olaraq mümkün deyil”

  • 4-07-2022, 14:22
  • Dünya
  • 0
  • 196


İyulun 1-də Vyanada ikitərəfli münasibətlərin normallaşdırılması prosesi çərçivəsində Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşü gözlənilirdi. Bu, tərəflərin sayca dördüncü görüşü olmalı idi.

Bundan əvvəl xüsusi nümayəndələr - Türkiyənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıç və Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Moskva və Vyanada 3 dəfə bir araya gəliblər. Lakin hələ ki əhəmiyyətli irəliləyiş əldə olunmayıb. Çünki Ermənistan rəhbərliyi sözdə barışıq tərəfdarı olduğunu bəyan eləsə də, əməldə destruktiv mövqe tutmağa davam edir. Xüsusən də Azərbaycanla sülh müqaviləsi məsələsində. Azərbaycanla barışıq olmadan isə Türkiyə ilə barışıq istisnadır. O zaman xüsusi nümayəndələrin görüşünə nə lüzum?

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev erməni tərəfin hər hansı bir nəticə əldə etməsini faktiki mümkünsüz hesab edir: “Ermənistan uzun illərdir bir həqiqəti anlaya, dərk edə bilmir ki, Azərbaycanla barışıq olmadan, bölgədə sabitlik və sülh üçün əməli addımlar atmadan Türkiyə ilə münasibətlərdə irəliləyiş əldə etmək mümkün deyil. Bu dediklərimi xüsusi nümayəndələrin əvvəlki 3 görüşündə əldə edilən nəticələr, daha dəqiqi nəticəsizlik də təsdiq edir. Mümkün deyil. Alına bilməz. Ermənistanın nə düşünməsi ümumiyyətlə mənə aydın deyil. Bəlkə həqiqətən düşünürlər ki, Azərbaycanla aralarında sülh müqaviləsi olmadan Türkiyə ilə münasibətləri bərpa edə bilərlər? Yəni, bu qədərmi sadəlövhdür bunlar? İnanmıram. Yaxşı bəs o zaman danışıqlardan nə nəticə gözləyirlər? Olmasın görüş 4 dəfə, olsun lap 40 dəfə. Nə dəyişəcək ki? Əlbəttə heç nə.

Və ya Zəngəzur dəhlizi məsələsində hətərəm-pətərəm danışan, alternativ Laçın yolu ilə bağlı ictimai rəyə dezinformasiya ötürən, sülh müqaviləsi mövzusundan maksimum yayınan Ermənistan Türkiyə ilə necə yaxınlaşa bilər? Ermənistan görmürmü ki, biz Türkiyəyə nə qədər yaxınıq, bilmirmi ki, bir millət iki dövlətik, eyni dindən, soydan, qandan, kökdənik? İnanın, bəlkə də söhbət Türkiyədən başqa hansısa istənilən dövlətdən getsəydi, konkret cavab vermək çətin olardı. Amma burada tərəflərdən biri məhz Türkiyə olduğuna görə ürəklə cavab veririk. Çünki Türkiyə bizim ən böyük güvən yerimizdir.

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşündə də prinsipial razılaşmanın və xüsusi nəticənin əldə olunması faktiki olaraq mümkün deyil. Ermənistan həmin arzunun gerçəkləşməsi üçün hələ çox iş görməli, düz yola qayıtmalı, destruktiv fəaliyyətdən əl çəkməlidir. Üstəlik, bunu yalnız biz demirik, əlahəzrət məntiq də deyir".

Politoloq Züriyə Qarayeva bütün müharibələrin sülhlə bitdiyini qeyd etdi: “Hesab edirəm ki, bu cür görüşlərin keçirilməsi cəmiyyət olaraq yaxınlaşmanın təməl daşlarını formalaşdıra bilər. Bizim heç zaman unutmayacağımız tarixi keçmişimiz və ”çomağı əldən yerə qoymamağa" vadar edən düşmənimizin olduğu agahdır. Lakin bütün müharibələr sülhlə bitmək məcburiyyətindədir. Biz dövlət olaraq da, cəmiyyət olaraq da münaqişə ocağının bölgəmizdə sönməsindən və sülh quruculuğundan yanayıq. Türkiyə müharibə dövründə hərbi, mənəvi baxımdan yanımızda dayandı. Eyni mövqeyi sülh prosesində də yürüdəcəyindən heç kimin şübhəsi olmamalıdır. Problemlərə qaldıqda ərazi və soyqırım iddialarını, Türkiyəyə xitabən Ermənistan konstitusiyasında saxta arqumentlərin ifadə olunduğunu diqqətdə saxlasaq, əslində eyni problemlərin Ankaranı da əlaqələndirdiyini deyə bilərik. Yəni bu yaxınlaşma Azərbaycanın maraqlarını gözardı etmək kimi düşünülməməlidir. Düşünürəm ki, geosiyasi xətt olaraq biz İrəvanı Brüssel və Moskva qütbündən uzaqlaşdırıb Azərbaycan və Türkiyə ilə yaxınlaşmasını, iqtisadi asılılığını təmin etsək, uzunmüddətli hədəflərin icrası, eləcə də Türk dünyasını birləşdirmək üçün yaradılmış süni maneələrin aradan qaldırılması baxımından effektiv addım atmış olarıq".

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılov isə hesab edir ki, bu danışıqlar davam etməlidir: “Ermənistan barışıq və Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır. Lakin bir tərəfdən də Türkiyə əleyhinə fəaliyyətlərini davam etdirir. ”Soyqırım" mövzusunda erməni lobbisi bu gün də xaricdəki siyasi orqanlara təsir edir. Eyni zamanda Türkiyə ilə münasibətlərin normallaşması üçün bu şərtlər vacibdir: 1) Zəngəzur dəhlizinə əməl edilməli, dəhlizin açılmağı yubadılmamalıdır. 2) Azərbaycanın diktə etdiyi şərtlər Ermənistan tərəfindən qeyd-şərtsiz yerinə yetirilməməlidir. 3) “Dağlıq Qarabağ” ifadəsindən əl çəkməlidir. 4) Ermənistanın tədris sistemində və bir çox sənədlərində Türkiyə əraziləri əleyhinə olan çağırışlar aradan qaldırılmalıdır. 5) Ermənistan Azərbaycanla sülh məsələsində inqilabi addımlar atmalıdır. Hazırda istənilən halda Türkiyə-Ermənistan danışıqları davam etməlidir və bu regiona müsbət təsir göstərir".
“Yeni Müsavat”
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya