» » Lavrov təyyarədə oğurlanacaqdı - ŞOK KƏŞFİYYAT PLANI

Lavrov təyyarədə oğurlanacaqdı - ŞOK KƏŞFİYYAT PLANI

  • 10-06-2022, 14:07
  • Dünya
  • 0
  • 166
Lavrov təyyarədə oğurlanacaqdı - ŞOK KƏŞFİYYAT PLANI


Rusiya xarici işlər naziri Sergey Lavrovun Serbiyaya planlaşdırılan, daha sonra ləğv edilən səfəri ətrafında diplomatik-kəşfiyyat müharibəsinin aparıldığına dair detallar ortaya çıxıb.

Publika.az xəbər verir ki, Moskva Lavrovun Belqrada uça bilməsini, Qərb isə bu uçuşun qarşısını almaq üçün müxtəlif variantlar düşünürdülər.

Qərbin planı

- İlk ideya Serbiyanı Lavrovun səfərindən imtina etməyə məcbur etmək olub;

- Alternativ plan Lavrovun Belqradda “aradan götürülməsi” idi: söhbət “oğurlanması”, yaxud “həbs edilməsi”ndən gedir;

Rusiyanın planı

- Rus kəşfiyyatı təyyarənin icazəsiz olaraq Belqrada doğru hərəkət edəcəyi təqdirdə NATO tərəfindən vurula biləcəyi ehtimalını nəzərdən keçirib;

- Bosniya və Herseqovina üzərindən uçuş: Moskva təyyarənin Adriatik dənizi üzərindən göndərilməsini düşünürmüş;

Serbiyanın “İnformer” nəşri müxtəlif səviyyəli mənbələrdən baş verən diplomatik-kəşfiyyat müharibəsinin detallarını araşdırıb.

“Lavrovun səfəri ilə bağlı NATO-da bir aya yaxın müddətdə müzakirələr aparılıb. Brüssel və Vaşinqtonun ilk ideyası səfərin ləğvi üçün Serbiyaya təzyiq etmək olub. Bunu etsələr də, prezident Vuçiç geri addım atmadı. Buna görə NATO başqa variantları nəzərdən keçirməli olub”, - Belqraddakı nüfuzlu səfirliklərdən birinin yüksək vəzifəli əməkdaşı nəşrə danışıb.

Onun sözlərinə görə, may ayının sonlarına yaxın ingilislər NATO-ya ağlasığımaz plan təklif ediblər: Lavrovun Belqradda ələ keçirilməsi.

“London Rusiya hökumət təyyarəsinin NATO ölkələrindən birindən (söhbət Bolqarıstandan gedirdi) keçməsinə icazə verməyi təklif edib, təyyarə hava məkanına daxil olandan sonra Serbiya ətrafındakı hava məkanı qəfil bağlanır, beləliklə, Lavrov ələ keçirilir. Bu yolla yeni böhran yaranacağı və Putinin Qərblə danışıqlara getməyə məcbur olacağı düşünülürdü”, - diplomatik mənbə danışır və qeyd edir ki, plan NATO-nun digər ölkələri tərəfindən dəstəklənməyib: “Plan təsdiqlənsəydi və icra olunsaydı, güman ki, Avropa, bəlkə də üçüncü dünya müharibəsi başlayacaqdı”.

Mənbə Kremlin də “böhran planları” üzərində düşündüyünü deyir.

Birincisi, “bacarırsan vur” idi: Lavrovun təyyarəsi Belqrada doğru yol alır və NATO-ya “bacarırsan vur” mesajı verilir, lakin bu riskli olduğu üçün imtina edildi;

İkincisi, təyyarə Aralıq dənizində neytral sular üzərindən uçacaq, oradan “başqasının səması ilə” Adriatik dənizinə keçəcək, daha sonra Bosniya və Hersoqovina üzərindəki hava dəhlizi boyunca uçacaqdı: bu plandan da imtina edilib, çünki Bosniyada yerləşən NATO qüvvələrinin cavab verməsi riski nəzərə alınıb.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya