Köçəryanın oğlu saxlanıldı - VİDEO
- 17-05-2022, 12:42
- Dünya
- 0
- 165
Ermənistanın paytaxtı İrəvanda səhər saatlarından başlayan etiraz aksiyaları kütləvi həbslərlə davam edir.
"Bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, əvvəlki mitinqlərdən fərqli olaraq bugünkü aksiyalarda xeyli sayda tanınmış siyasətçi və ictimai fəal saxlanılıb. Bunlardan diqqət çəkəni Ermənistanın keçmiş prezidenti, hərbi cani Robert Koçaryanın oğlu Leon Koçaryanın "qırmızı beretlilər" tərəfindən saxlanılaraq polis bölməsinə aparılması olub.
"Məlum hadisə ilə bağlı Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu öz "Facebook" səhifəsində məlumat yaydı. O qeyd edib ki, "Məni həbs etdilər. Ruhdan düşmürük, geri çəkilmirik, mübarizəyə davam edirik". Bu gün bir neçə tanınmış siyasətçi də güc tətbiq edilərək polis bölmələrinə aparılıb", - məqalədə yazılıb.
Qeyd edək ki, mayın 17-də səhər saatlarında İrəvanın müxtəlif yerlərində etiraz aksiyaları başlayıb. Müxalifətin "Müqavimət" hərəkatının tərəfdarları küçələrə çıxaraq nəqliyyatın hərəkətini əngəlləməyə çalışırlar.
Xatırladaq ki, aprelin 25-dən başlayaraq Ermənistanda etiraz aksiyaları keçirilir. İrəvanda isə müxalifət bir neçə gündür ki, aktiv küçə yürüşlərinə başlayıb. Onlar əsas nəqliyyat yollarını bağlayaraq baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.
<embed width="640" height="360" src="https://player.olke.az?v=7148&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>