» » Ankara daxil olmaqla 20 şəhərdə qadağalar bərpa olundu

Ankara daxil olmaqla 20 şəhərdə qadağalar bərpa olundu

  • 18-08-2020, 10:48
  • Dünya
  • 0
  • 315
Ankara daxil olmaqla 20 şəhərdə qadağalar bərpa olundu


Türkiyədə sosial məsafənin qorunması və maska taxılması kimi qaydalara əməl edilməməsi səbəbiylə yoluxmaların artması ilə bəzi qadağaların tətbiqi bərpa olunub.

“Milliyet” xəbər verir ki, bir çox vilayətdə 65 yaşdan yuxarı vətəndaşların şəhərdə hərəkəti məhdudlaşdırılıb. Ankara, Kastamonu, Kütahya, Eskişehir, Erzincan, Ordu və Bursa şəhərlərində də qaydaların qüvvəyə minməsi ilə  65 yaşdan yuxarı vətəndaşlara məhdudiyyət qoyulan şəhərlərin sayı 20-yə yüksəlib.

Qaydalara görə, 65 yaşdan yuxarı vətəndaşlara ictimai nəqliyyatın sıx vaxtlarında bu nəqliyyat vasitələrindən istifadə etmələrinə icazə verilməyəcək. Xroniki xəstəlikləri olan və 65 yaşdan yuxarı vətəndaşların toy, cənazə, və s. insan sıxlığının yaşandığı kütləvi tədbirlərdə iştirakı qadağan ediləcək.

Tədbirlərin səmərəli həyata keçirilməsini təmin etmək üçün qurulmuş Küçə Nəzarət Mərkəzləri daxilində “Məhəllə Nəzarət Heyətləri” yaradılacaq. Bu qruplar məhəllələrdə müəyyən edilmiş və karantində olan insanları izləyəcəklər.

Məlumatlandırılmaqlarına baxmayaraq, karantin qaydalarını pozduğu aşkar edilən şəxslər haqqında Ümumi Səhiyyə Qanununun 282-ci maddəsinə uyğun olaraq inzibati cərimə tətbiq ediləcək.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Qalereya