» » Nikol etiraf etdi, müxalifət parlamentdən qaçdı: “Siz Qarabağın Azərbaycanın olduğunu tanıdınız” - VİDEO

Nikol etiraf etdi, müxalifət parlamentdən qaçdı: “Siz Qarabağın Azərbaycanın olduğunu tanıdınız” - VİDEO

  • 5-05-2022, 09:30
  • Dünya
  • 0
  • 162
Nikol etiraf etdi, müxalifət parlamentdən qaçdı: “Siz Qarabağın Azərbaycanın olduğunu tanıdınız” - VİDEO


Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində müxalif deputatlarla mübahisə edib.

O, müxalifətin baş nazirin Qarabağla bağlı danışıqlar prosesini uğursuzluğa düçar etməsi ilə bağlı ittihamlarına sərt cavab verib.

Erməni müxalifətinin baş nazirdən tələbi birmənalı olub: Nikol Paşinyanın istefası.

Nikol Paşinyan isə öz növbəsində danışıqlar prosesini eks-prezident Serj Sarqsyanın uğursuzluğa düçar etdiyini bildirib. O, Ermənistanın üçüncü prezidentinin Qarabağ məsələsinin dinc yolla həllinə ümid etməməklə bağlı sözlərini xatırladıb.

Nikol Paşinyan müxalifətin onun müharibəni dayandıra bilməməsi barədə ittihamlarına isə etirafla cavab verib:

“2020-ci ilin 27 sentyabrında  - hərbi əməliyyatların başladığı gün parlament tribunasından müharibənin hansı şərtlər daxilində dayandırılacağını açıqladım. Bu şərt Qarabağın Azərbaycanın tərkibində olması idi. Siz hədəflərdən danışırsınız. Ancaq mən qeyd etmək istəyirəm ki, “Daşnaksütun” Partiyası koalisiyada olan zaman Ermənistan danışıqların Madrid prinsipləri əsasında aparılmasına razılaşmışdı. Məhz həmin vaxt siz Qarabağın Azərbaycanın tərkibində olduğunu tanıdınız”.

Paşinyanın açıq etirafı müxalif deputatları qəzəbləndirib. Onlar baş naziri məsuliyyəti keçmiş rəhbərliyin üzərinə atmaqda günahlandırıblar. Bu zaman parlamentdə səs-küy yaranıb, deputatlar bir-birinə replika atmağa başlayıblar. Nikol Paşinyan müxalifətin onun əks-arqumentlərini dinləmək istəmədiyini bildirdikdə isə müxalif deputatlar parlament zalını tərk ediblər.

Ermənistan baş naziri müxalifətin bu addımını lağa qoyub: “Qaçırsınız! Həmişəki kimi!”

<embed src='https://player.baku.tv/embed/53809' width='560' height='315' frameborder='0' allow='autoplay; encrypted-media' allowfullscreen></embed>
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    May 2025    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Qalereya