» » Türkiyə XİN: “Bütün imkanlarımızla qardaş Azərbaycanın yanındayıq”

Türkiyə XİN: “Bütün imkanlarımızla qardaş Azərbaycanın yanındayıq”

  • 17-08-2020, 10:34
  • Dünya
  • 0
  • 374
Türkiyə XİN: “Bütün imkanlarımızla qardaş Azərbaycanın yanındayıq”


“Ermənistanın Sevr sazişi haqqında yersiz mövqe bildirməsindən sonra Şərqi Aralıq dənizi ilə bağlı rəy verməyə çalışmasını növbəti həddini aşma və məsuliyyətsizlik hesab edirik. Burada məsələ Sevan gölü (Göyçə gölü) deyil, Şərqi Aralıq dənizidir”.

Türkiyə Xarici İşlər nazirinin sözçüsü Hami Aksoy belə deyib.

Hami Aksoy bildirib ki, Ermənistanın coğrafi olaraq Şərqi Aralıq dənizi ilə heç bir əlaqəsi olmadığı üçün söz haqqına da sahib deyil: “Necə ki, Fransanın, Birləşmiş Ərəb Əmirliklərinin Şərqi Aralıq dənizi ilə heç bir əlaqəsi yoxdur. Bu addım Türkiyəyə qarşı qurulmağa çalışılan növbəti məkrli ittifaqa Ermənistanın da daxil olması təəssüratına əsas verir”.

Diplomat bildirib ki, Türkiyə beynəlxalq hüququn tələbləri çərçivəsində Şərqi Aralıq dənizi sahillərində yaşayan Kipr türklərinin hüquqlarını qorumaq üçün qətiyyətlə mübarizəsini davam etdirəcək: “Bunun qarşısını heç bir şər ittifaq ala bilməz. Bunun əksini düşünənlər, deməli, tarixdən heç bir dərs almayıblar. Yeri gəlmişkən, bir daha xatırlatmaq istərdik ki, bütün imkanlarımızla qardaş Azərbaycanın yanındayıq”.    /APA/
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video

    055 215 64 69Girl in a jacket

    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    İyun 2026    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya