» » Bill Qeyts pandemiya ilə bağlı növbəti dəfə xəbərdarlıq etdi

Bill Qeyts pandemiya ilə bağlı növbəti dəfə xəbərdarlıq etdi

  • 9-02-2022, 11:46
  • Dünya
  • 0
  • 374
Bill Qeyts pandemiya ilə bağlı növbəti dəfə xəbərdarlıq etdi


Pandemiyanın başlanğıcından adı konspiroloji nəzəriyyələri ilə hallanan Bill Qeyts koronavirus və dünyanı gözləyən növbəti təhlükə ilə bağlı çıxışlar edib.

Xarici KİV xəbər verir ki, 2015-ci ildə Covid-19-a bənzər bir epidemiyaya hazır olmadığımızı bildirən və xəbərdarlıq edən Qeytsi tarix haqlı çıxarmışdı.

Bill Qeyts pandemiya mövzusunda kitab yazaraq növbəti pandemiyanın qarşısının alınması ilə bağlı bir sıra təkliflər verib.

Kitab haqqında özünün “Gates Notes” adlı internet saytında məqalə dərc etdirən milyarder məqaləsinə “COVID-19-un son epidemiya ola biləcəyinə inanmıram” sözləri ilə başlayıb.

"Növbəti pandemiyanın qarşısının alınması" adlı kitabın mayın 3-də çıxacağını bildirən Qeyts məqaləsində bu açıqlamaları verib:

“Kitabda mən təkcə gələcək pandemiyaları dayandırmaq üçün deyil, həm də bu prosesdə bütün dünyada hər kəs üçün daha yaxşı səhiyyə təmin etmək üçün atacağımız konkret addımları təsvir edirəm. Mən bu epidemiyadan öyrənə biləcəyimiz dərsləri, həyatı xilas etmək üçün lazım olan yenilikləri və patogenləri erkən və ədalətli şəkildə dayandırmaq üçün lazım olan yeni vasitələri ümumiləşdirirəm.

Bir daha pandemiya yaşamamaq məqsədi heç də iddialı deyil, lakin son iki il ərzində əldə etdiyimiz irəliləyiş, o cümlədən vaksinlərlə əldə etdiyimiz irəliləyişlər və tənəffüs xəstəlikləri haqqında əldə etdiyimiz biliklər artıq bizi həvəsləndirdi. Bu, uğura aparan yoldur. Dünya indi pandemiyanın nə qədər ciddi olduğunu başa düşür və təcil bizim tərəfimizdədir. Artıq heç kimi inandırmaq lazım deyil ki, yoluxucu xəstəlik milyonlarla insanı öldürə və ya qlobal iqtisadiyyatı dayandıra bilər. Düzgün seçimlər və investisiyalar etsək, koronavirusu son epidemiyaya çevirə bilərik”.

Daha əvvəl epidemiya hazırlıqlarına göstərilən marağın gözlədiyindən aşağı olmasından bir az narahat olduğunu deyən Qeyts, dünyanın növbəti pandemiyaya hazır olması üçün peyvənd istehsal etmə qabiliyyətinə çatması gərəkdiyini vurğulayıb.

Milyarder qeyd edib ki, dünya növbəti pandemiyaya hazır olması üçün peyvəndi 100 gündə istehsal etmək və daha 100 gündə milyardlarla insana çatdırmaq gücünə çatmalıdır.

Qeytsin sözlərinə görə, bizim bu gücə malik fabriklər tikmək imkanımız var. Ancaq çatışmayan yeganə məqam hələ də lazımi addımların atılmamasıdır.

Bill və Melinda Qeyts Fondu dərc etdiyi hesabatda ölkələri səhiyyə sistemlərinə, o cümlədən peyvənd istehsal etmək qabiliyyətinə daha çox sərmayə qoymağa çağırıb.

Hesabatda bildirilir ki, pandemiyaya son qoymaq üçün istifadə olunan vasitələr, əsasən, digər yoluxucu xəstəliklərlə mübarizə üçün istifadə edilənlərlə eynidir.

Həmin hesabatda peyvənd ədalətsizliyinə diqqət çəkilib və bunun dünyada epidemiyaya qarşı ən böyük problemlərdən biri olduğu vurğulanıb.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya