» » Moskvada Qarabağda ermənilər tərəfində döyüşmüş “Yenot”un məhkəməsi başlayıb

Moskvada Qarabağda ermənilər tərəfində döyüşmüş “Yenot”un məhkəməsi başlayıb

  • 7-12-2021, 11:04
  • Dünya
  • 0
  • 250
Moskvada Qarabağda ermənilər tərəfində döyüşmüş “Yenot”un məhkəməsi başlayıb


Moskvada 2-ci Qərb Dairə Hərbi Məhkəməsində Qarabağda erməni tərəfində döyüşən “Yenot” komnadirlərinin işi üzrə məhkəmə prosesi başlayıb. 

Müttəhimlər kürsüsündə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) mayor rütbəli iki keçmiş zabiti və 2011-ci ildə yaradılmış adı çəkilən özəl hərbi qruplaşmanın rəhbəri var. 

“Yenot”un muzdlu döyüşçüləri Qarabağda ermənilər tərəfində, həmçinin Suriya və Donbassda da döyüşüblər.

“Lenta” xəbər verir ki, “Yenot”un yaradısıcı “İşıqlı Rusiya” millətçi hərəkatının lideri  İqor Manquşev hesab edilir. Muzdlu döyüşçülərdən ibarət “Yenot”u keçmiş FSB mayorları tərəfindən idarə edilib.

Onlar “Yenot” fəaliyyəti müddətində Donbassda, Suriyada və Qarabağda ermənilər tərəfdən hərbi əməliyyatlarda iştirak etdiklərini qeyd etməkdən çəkinməyiblər.

“Yenot” fəaliyyətini təkcə münaqişə bölgələri ilə bitirməyib, eyni zamanda rusiya daxilində cinayət əməlləri ilə məşğul olub.

Nəticədə “Yenot” barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci (Oğurluq), 162-ci (Soyğunçuluq), 209-cu (Banditizm) və 210-cu (Cinayətkar birliyin təşkili) maddələri cinayət işi başlanıb. Mühakimə olunanları 8 -11 il müddətində məhbəs həyatı gözləyir.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video

    055 215 64 69Girl in a jacket

    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Aprel 2026    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930 
    Qalereya