» » Ərdoğan iclas keçirdi: “3-4 aya həll olunacaq”

Ərdoğan iclas keçirdi: “3-4 aya həll olunacaq”

  • 25-11-2021, 13:10
  • Dünya
  • 0
  • 235
Ərdoğan iclas keçirdi: “3-4 aya həll olunacaq”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Ədalət və İnkişaf Partiyasının (AKP) Ümumi Qərargahında toplantı keçirib.

Hürriyet xəbər verir ki, AKP-nin  Mərkəzi İcra Şurasının üzvlərinin də qatıldığı iclasda iqtisadiyyat və məzənnə artımı qiymətləndirilib.

Məlumata görə, iclasda hökumətin uçot faiz dərəcəsinin endirilməsində qərarlı olduğu vurğulanıb və yol xəritəsi ilə yüksək məzənnənin qarşısının alınacağı, 3-4 ay ərzində mövcud vəziyyətin həll ediləcəyi bildirilib.

Müzakirə zamanı dolların məzənnəsinin qəfil qalxmasının vətəndaşlara yaxşı izah edilməli olduğu vurğulanıb və qeyd olunub ki, dolların məzənnəsindəki ani artımlar Türkiyəyə qarşı əməliyyatdır və soyuqqanlı münasibətin qorunması vacibdir.

Həmçinin bu müddətdə faiz dərəcələrindəki enişin davam etməsi ilə əlaqədar alqı-satqının sürətlənəcəyi və beləliklə, investisiyaların artacağı da müzakirə olunan məsələlərdən biri olub.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    May 2025    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Qalereya