Главная > Cəmiyyət > Fuad Hacıyev: 30 illik işğal dövründə Qarabağ torpağının altı da, üstü də talan edilmişdir
Fuad Hacıyev: 30 illik işğal dövründə Qarabağ torpağının altı da, üstü də talan edilmişdir22-11-2021, 09:30. Разместил: admin |
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev - 1988-ci ildən başlayaraq Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycannın 1,7 milyon hektar ərazisi işğal edilmiş və 1993-cü ilə qədər davam etmişdir. Bu illər ərzində Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin 890 000 hektar olan ərazinin 42 997 hektari erməni işğalçılarının talanına məruz qalmışdır. Ermənilər işğal dövründə Dağlıq Qarabağda qızıl, mərmər, tuf və inşaat daşı yataqlarını mənimsəmişlər. Qondarma rejimin rəhbərliyi sərvəti əldə etmək məqsədi ilə xarici ölkələrin şirkətlərini qanunsuz olaraq bölgəyə dəvət etməklə Azərbaycan ərazilərində qanunsuz iş kontraktları qurmuş, talan faktını rəsmiləşdirmişlər. Qeyri-qanuni məskunlaşma və təbii sərvətlərin talan edilməsi ilə bağlı eyni zamanda Beynəlxalq təşkilatlara da müraciətlər ünvanlanmış və fakt araşdırıcı missiyaların təşkil olunaraq bölgəyə göndərilməsi hər zaman tələb edilmişdir. 30 il ərzində işğal faktına baxmayaraq Dünya ictimaiyyətinin Qarabağın Azərbaycan ərazisi kimi tanıması və heç bir dövlətin, o cümlədən Ermənistanın belə cürət edib tanımadığı qondarma respublikanın uzun illər nəzarəti altında saxladığı Azərbaycan ərazilərinə hər hansı bir ciddi beynəlxalq ekoloji təşkilatın ətraf mühitin korlanmasına dair araşdırma aparması da mümkün olmamışdır. İşğal edilmiş ərazilərdə 247352 hektar meşə sahəsi olmuşdur ki, bu da Ermənistanın bütün meşələrinin 55 faizindən çoxdur. Bu ərazilərdə «Qırmızı kitab»a salınmış qiymətli ağac növlərinin olmasını nəzərə alsaq ermənilərin bu illər ərzində etdikləri vəhşilikləri bir daha görə bilirik. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycana aid olan hər bir şeyin necə məhv edildiyini görürük. Heç vaxt onlara mənsub olmayan torpaqları öz havadarları ilə işğal etməyi bacarmış ermənilər Qarabağda muzeyləri, incəsənət abidələrini, qəbrləri, hətta heykəlləri belə məhv etmiş və tarixi unutdurmağa çalışmışlar. Azərbaycan qəbristanlıqlarını təhqir edilmış və dağıdılmışdır. Şuşada, eləcə də digər şəhərlərdə qəsdən törədilmiş bu vəhşiliklər keçmişi unutdurmaq üçün məqsədyönlü atılmış addımlar olmuşdur. Azərbaycan xalqı əzmlə bu 30 ili gözlədi və başda Cənab Prezident İlham Əliyev olmaqla Azərbaycan dövləti həmişə Azərbaycanın heç bir qarış torpağının belə düşmənlərə verilməməsi ilə bağlı hər zaman Azərbaycan xalqına vəd vermiş və bizim o torpaqlara tezliklə dönəcəyimizə, üçrəngli bayrağımızın Qarabağda dalğalanacağına əmin olduğunu bildirmişdir. Вернуться назад |