Главная > Cəmiyyət > Vətən Müharibəsinin 40-cı günü nələr baş verdi? - XRONİKA
Vətən Müharibəsinin 40-cı günü nələr baş verdi? - XRONİKA5-11-2021, 16:00. Разместил: admin |
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Vətən müharibəsinin noyabrın 5-nə aid olan xronikasını təqdim edirik. - Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib. - Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub. Düşmən Goranboy, Tərtər və Ağcabədini atəşə tutub. - Erməni təcavüzü nəticəsində ölən mülki şəxslərin sayı 92 oldu. - Düşmən Tərtər və Ağdam rayonlarının kəndlərini atəşə tutub. - Düşmənin döyüş meydanında atıb qaçdığı yeni hərbi texnikaların videogörüntüsü yayılıb. Düşmənin Tonaşendəki hərbi infrastrukturu darmadağın edilməsinin videogörüntüləri yayılıb. - Füzuli və Xocavəndin işğaldan azad edilən kəndlərinin videogörüntüləri yayılıb. - Ağdərə yaxınlığında düşmənin hərbi kolonu pusquya salınaraq məhv edilib. Düşmənin 41-ci artilleriya alayının batareyası məhv edilib. Вернуться назад |